Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“ABŞ Ermənistana sanksiya tətbiq edərsə...”

Tarix: 17-10-2018 19:17     Baxış: 2310 A- / A+
 “ABŞ Ermənistana sanksiya tətbiq edərsə...”

Vahid Əhmədov: “Bu, Ermənistan iqtisadiyyatını daha da ağır vəziyyətə salar”

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent erməni şirkətlərini İrana ticarətə son qoymağa çağırıb. Amerikalı yetkilinin sözlərinə görə, İranla ticarət edən erməni şirkətləri ABŞ-ın sanksiyaları ilə üzləşə bilər.

Erməni şirkətlərinin İranla ticarətdən imtina etməsi və ya Amerikanın snaksiyalarına məruz qalması Ermənistan iqtisadiyyatının onsuz da ağır olan durumunu daha da ağırlaşdıra bilərmi?

Açıqlama verən millət vəkili Vahid Əhmədov bu cür sanksiyaların Ermənistan üçün yeni problemlər yarada biləcəyini vurğuladı:

“İranla bağlı sanksiyalar tədricən daha da sərtləşdirilir. İranla iqtisadi-ticari əlaqələr quran dövlətlər də müəyyən problemlər yaşaya bilər. Ermənistanda onsuz da iqtisadi baxımdan ciddi irəliləyiş yoxdur. Orada vəziyyət həddindən artıq gərgindir. Lakin bununla belə Ermənistanın İranla ticari və iqtisadi əlaqələri var. İrandan Ermənistana qazın ixracı məsələsi də gündəmdədir. Bütün bunlar isə təbii ki, ABŞ tərəfindən diqqətdə saxlanılan məsələlərdir.

İran-Ermənistan iqtisdi əməkdaşlığının dərinliyi Amerika tərəfindən üzə çıxarılarsa, o zaman təbii ki, Ermənistana müəyyən sanksiyalar tətiq edilə bilər. Bu sanksiyalar nəticəsində Ermənistanın onsuz da ağır olan iqtisadi vəziyyəti daha da ağırlaşa bilər”. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar