Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalistdən deputata SƏRT SÖZLƏR

Tarix: 30-09-2019 18:25     Baxış: 3196 A- / A+
Tanınmış jurnalistdən deputata SƏRT SÖZLƏR

Yerində işlənməyən ifadələr, iftiralar və haqsızca davranışlar səsini ucaltmağa, çağırış etməyə, sərt olmağa sövq edir adamı. Qarşındakının hansı postu tutmasından asılı olmayaraq ədalət hissini boğa bilmirsən. Necə ki, deputat Siyavuş Novruzov bu günlərdə SPACE TV-ə verdiyi müsahibəsi ilə tanınmış jurnalist Aida Eyvazlını hiddətləndirdi.

Manevr.az xəbər verir ki, əməkdar jurnalist Aida Eyvazlı Siyavuş Novruzovun iş dalınca xarici ölkələrə üz tutan elm adamlarını fərari adlandırmasına qarşı sərt çıxış edib:

"Deputat Siyavuş Novruzov SPACE-yə müsahibə verib, deyir ki, vətənin ağır günündə Vətəni qoyub iş dalınca gedən elm adamları fəraridirlər. Düz demir. Siyavuş Novruzova buradan demək istəyirəm ki, Vətəni təSPrk edən ziyalıların, elm adamlarının çoxu işlədikləri mühtdəki azalan dəyərlərdən, zəhmtlərinə verilməyən qiymətdən, savadlının və peşəkarın sıxışdırılıb küncə qısıldılmasından usandılar. Başı olmayıb, dədəsinin puluyla, Milli məclisdə oturan, hakimiyyətdə işləyən atasının zəngi ilə elm ocaqlarını zəbt edənlərin əlindən bezib, övladına bir parça çörək vermək üçün getdilər. Ola bilsin ki, sizin heç vaxt çarəsizlikdən övlad qarşısında gözünüz kölgəli olmayıb. Ancaq qeyrətli azərbaycan ataları var ki, evdə çörək tapmayanda, çörək dalınca, güzəran dalınca Vətəni tərk ediblər. Getdikləri yerdə də Vətənə üzağlığı gətirdilər. Onlar bu Vətəni sağmal inək kimi sevmədilər, ancaq onların yerinə göz dikənlər Vətənə sağmal inək kimi baxdılar. Milli Məclisdəki otaqlara, komissiyada işləyənlərə bir nəzər salın, baxın görün orada nə qədər icra başçısının oğlu, qızı, komitə sədrlərinin, prokurorların övladları işləyir. Çox az sayda bilikli, faydalı olanları işə götürmüsünüz. Sizə onda yaxşı millət vəkili deyərəm ki, təhsilimzdəki boşluqlar, iş yerləri haqqında yalandan statistik rəqəmlər göstərənləri cəzalandırmaq üçün qətiyyət qoyasınız ortaya. Hə... bir də ki, özünüz də yaxşı bilirsiniz ki, ölkədə nə qədər korrupsioner var, onların siyahısını da açın qoyun xalqın müzakirəsinə və hər birinə dövləti taladıqlarına görə hökm oxunsun. Dünən tutulan nazir balası, cəzasını çəkməmiş buraxılır. Ancaq təsadüfdən qəza törədən bir yazıq-yetim bütün "srokunu" çəkir. Türmələrə gedən pulların hesabını soruşun, guya bilmirsiniz ki, hər türməyə görüşə gedən adam nə qədər əlavə pul xərcləyir.(əslində bu bütün dövrlərdə belə olub). Məhkəmə islahatlarına ədalət istəyin. Məhkəmə sədrlərinin hakimlərinin yerini dəyişməklə islahat olmur. Məhkəmələrə yeni qafalı, əli rüşvətə bulaşmayan hakimlər gətirin. Unutmayın ki, ilnaı bir qutudan çıxarıb başqa qutuya qoyub zəhərini ud deməklə, olmur. Amma unudurlar ki, ilanın işi zəhər istehsal etməkdir.
Siz deputat kimi, elə təkliflər verin ki, Vətənin istedadlı , peşəkar adamları iş başında olsunlar. O küsdürüb, vətəndən didərgin saldığınız şəxsiyyətləri, alimləri geri döndərin.Necə ki, son zamanlar artıq bir neçə yerdə bu islahatlar başlayıb. Və xalq da bundan razılıq edir. O MM-ə bir neçə qazini, şəhid övladını da işləməyə dəvət edin. Bununla Azərbaycan Dövlətçiliyi udar ki, uduzmaz. Vətən yolunda gözlərinin nurunu azaldanların, qızıl qanını bu torpağın müdafiəsinə tökənlərin balaları bu Vətəni elə valideynləri qədər sevirlər. Unutmayın ki, ot kökü üstə bitər."
Tanınmış jurnalistdən deputata SƏRT SÖZLƏR


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar