Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağacan Əbiyev: YAP desə ki, müharibəyə get, mən gedəcəm

Tarix: 28-08-2019 14:45     Baxış: 4140 A- / A+
Ağacan Əbiyev: YAP desə ki, müharibəyə get, mən gedəcəm

Milli Məclisin yaşlı deputatlarının növbəti parlament seçkilərinə qatılmayacağı barədə ehtimallar irəli sürülür.

Manevr.az “Yeni Sabah”a istinadən Milli Məclisin ən yaşlı üzvlərindən olan Ağacan Əbiyevlə söhbəti təqdim edir.

Məlumat üçün deyək ki, Ağacan Əbiyevin 82 yaşı var. 2005, 2010 və 2015-ci illərdə Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ağacan Əbiyevin siyasi mənsubiyyətinə gəlincə, o, hakim Yeni Azərbaycan Partiyasını (YAP) seçib. Deputat "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Ağacan Əbiyev növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyi hələlik heç nə deyə bilməyəcəyini söyləyib. Deputat bildirib ki, bu, partiyanın qərarından asılı olacaq. “Bu barədə heç nə deyə bilmərəm. Partiyanın qərarı olmalıdır. Ancaq indi heç nə bilinmir. Hələ bu məsələ haqqında heç kim heç nə fikirləşmir”,- deyə Ağacan Əbiyev vurğulayıb.

Yaşlı deputatların növbəti seçkilərə buraxılmayacağı barədə ehtimallara gəlincə deputat deyib: “Bu problem deyil ki. Gözləsinlər də bir az. Bəlkə istəyirlər ki, kimsə nə vaxt öləcək, onu da yazaq. Səbr etmək lazımdır. Hər şeyin qayda-qanunu var. Bu bir adamın işi deyil. Burda təşkilat var, insanlar var. Mən özüm özümü seçmirəm ki. Təklif olmalıdır. Tələsməyin. Bir aydan sonra biləcəksiniz”.

Ağacan Əbiyev partiyanın qərarı olacağı təqdirdə seçkiyə qatılıb-qatılmayacağı barədə sualı belə cavablandırıb: “Partiya desə ki, hücuma keç, müharibəyə get, mən gedəcəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar