Sizin Reklam Burada
Xəbər lenti
22 iyul
21 iyul
BÜTÜN XƏBƏRLƏR

Al Paçinodan HİKMƏTLİ FİKİRLƏR: "Öz dəliliyinə inadla davam edən bir gün mütləq müdrik olacaq"

Tarix: 22-06-2019 09:36     Baxış: 420 A- / A+
Al Paçinodan HİKMƏTLİ FİKİRLƏR: "Öz dəliliyinə inadla davam edən bir gün mütləq müdrik olacaq"

Alfredo Ceymes Paçino - amerikalı teatr və kino aktyoru, rejissor və ssenaristdir. O, daha çox qanqster rolları ilə məşhurdur - Frensis Fordun “Xaş atası” trilogiyasında Maykl Korleone, Brayan de Plamnın “Çapıqlı üz” filmində Tonni Mantana və s. Frank Slaydın "Qadın Ətri" filmindəki rolu isə ən yaxşı aktyorluq nominasiyasında aktyora Oskar qazandırıb.

Manevr.az dünya şöhrətli aktyorun aforizmə çevrilmiş fikirlərini təqdim edir:

"Özünüz haqqında danışmağa tələsməyin. Siz otaqdan çıxan kimi haqqınızda danışmağa başlayacaqlar".

"Başqaları nəyimə laızmdır? Mən giriş-çıxışı olan vaqon olmaq istəmirəm. Finala çatmaq üçün bir sərnişinə ehtiyac var".

"Mənə gözəl qadın lazım deyil, pulla ona istənilən zahiri görkəmi hədiyyə edə bilərəm. Mənə varlısı da lazım deyil, hər şeyim var. Zərif də lazım deyil. Puluma görə demək olar ki, bütün qadınlar özünü belə aparır, olmayanları da qazana bilirəm. Mənə bacarıqlı həyat yoldaşı lazım deyil. Sədaqət və yüksək nüfuzu dünyanın heç bir puluna ala bilmərəm".

"Heç vaxt heç kimə heç nəyi izah etməyin, onsuz da hər kəs özünə sərf etdiyi kimi anlayacaq".

"Uşaqlıqda velosiped üçün tanrıya dua edirdim, sonra anladım Allah başqa cür işləyir. Bir velosiped oğurladım və tanrıya bağışlanmaq üçün dua etməyə başladım".

"İlk qayda – təslim olmayın. İkinci qayda – birinci qaydanı yadda saxlamaq".

"Gözləri aldatmaq asandır, ancaq ürəyi aldatmaq çətin".

"Anam müvəffəqiyyət qazanmazdan əvvəl öldü. Yadımdadır, 10 yaşım var idi. Mənzilimiz yuxarı mərtəbədə idi. Vəhşi soyuq var idi. Aşağıda dostlarım küçədə veyllənmək üçün mənə həyətə səsləyirdi. Anam buraxmırdı, dəhşətli dərəcədə qəzəbləndim və ona durmadan bağırmağa başladım. Bununla belə o, həyatımı xilas etdi. Məni həyətə səsləyən o uşaqlar artıq həyatda deyil. O, istəmirdi ki, mən gecəyəyarıya qədər küçələrdə avaralanım, dərslərimi oxumalı idim. Onun sayəsində indi burada oturub sizinlə danışıram. Hər şey sadədir, elə deyilmi? Ancaq biz çox unutqanıq..."

"Uğurun açarı arzu və istəkdə gizlidir. Və o məndə daim yanır".

"Məni tez-tez zəhlətökən, lovğa və mizantrop adlandırırlar. Hamıya xəbərdarlıq edirəm: əslində daha pisəm".

"Alkoqol və zərərli maddələrdən asılı olduğum bir dövr var idi. Yeri gəlmişkən, bütün bunlara uzun müddətdə bağlı qaldım".

"Kitablar və pyeslər mənə özümdən və ətraf aləmdən baş çıxarmağa kömək etdi, bir dəyişiklik baş verdi və mən ciddiləşdim".

"Qürur və təkəbbürlük şeytanın qullarıdır. Əgər onları idarə edə bilmirsinizsə, onlar sizi idarə edəcək".

"“Frenki və Conni” filmində aşbaz rolunu oynasam da, məndən yemək bişirməyi tələb etməyin. Bişirməyə başlasam, hər şey qətllə bitəcək. Ciddi sözümdür. Rolu oynaya bilərəm. Yemək hazırlamağı əsla".

"Şekspirin heç birimizə ehtiyacı yoxdur, o hamımızdan uzaqda olacaq - inanın. Bunu sizə zəmanət verirəm".

"Səhnədə oynamaqla kinoda oynamaq arasındakı fərq bilirsiniz, nədir? Oynamaq kanat üzərində gəzmək deməkdir. Teatr səhnəsində ip getdikcə yüksəyə uzanır. Titrəsən, həqiqətən də tappıltı ilə yerə düşəcəksən, filmdə isə ip yerdə uzanır".

"Vaxt var idi, köşklərə "Şou biznes" adlı qəzet paylayırdım. Mənə nə qədər maaş verdikləri heç vaxt yadımdan çıxmaz: 12 dollar. Onluq və iki kağız dollar. Mən də on iki dənə 1 dollarlıq olsun deyə onluğu dərhal xırdalayırdım. Barda hesab ödəyirsən, barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hami elə fikirləşir ki, səndə pul tonladı".

"Belə bir atalar sözü var. Öz dəliliyinə inadla davam edən bir gün mütləq müdrik olacaq".

"Ağıllı oğlan obrazı mənə ciddi situasiyalarda kömək edib. Günlərin biri günü maşın dayanacağında necəsə bir maşının güzgüsünü sındırdım. Gənc yüksək səslə “Başın xarab olub, nə hoqqa çıxardırsan?” deyə qışqırdı. Daha sonra mənə nəzər salıb “Narahat olmayın, hər şey qaydasındadır” dedi".

"Teatr həyata daha çox oxşayır: öz sərmayənizi səhnəyə qoyur və 2-3 saat ərzində göstərirsiniz. Və bu, bir də heç vaxt təkrar olunmayacaq. Bunu yerdən yüz fut yüksəklikdə olan kanat üzərində və heç bir sığortası olmadan iki saat gəzməklə müqayisə edərdim".

"Mən utancaq idim. Yalnız diqqət mərkəzinə düşdükdən sonra bunun öhdəsindən gəlməyi öyrəndim".publika.az


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar