Xəbər lenti
İstifadəyə yararlı və yararsız çimərliklər məlum olub - VİDEO
Nabran ərazisindəki çimərliklər istifadəyə yararsızdır.
Manevr.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu gün keçirilən mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
Ərəstun Həsənov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərliklərdə monitorinq aparılıb. Şimal bölgəsində dəniz suyu və dib çöküntülərindən nümunələr götürülüb, mikrobioloji təhlillər apaqrılıb. Analizlərin nəticələrinə əsasən, Xaçmaz rayonu, Nabran bələdiyyə ərazisinin dəniz suyu çimərlik üçün yararsız hesab edilib.
Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu bələdiyyələrinin əraziləri çimərliyə yararlı hesab olunub.
Bu arada, istifadəyə yararlı çimərliklərin işarələnməsi təklif edilir. Hazırlanan layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərdə mavi bayraq sancılacaq və plastik tullantılar üçün konteynerlər yerləşdiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanğınlara qarşı da müəyyən qabaqlayıcı addımlar atıb.
Mətbuat konfransında o da qeyd edilib ki, cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar