Xəbər lenti
11 yaşlı məktəbli qızın IQ-sü Albert Eynşteyn'in IQ-nü geridə qoydu -ŞƏKİL
Hal hazırda sosial şəbəkələrdə müxtəlif IQ testlər tapmaq mümkündür. Lakin IQ-nü daha ciddi üsullarla da yoxlamaq olar.
Buna misal olaraq Mensa IQ Test-i gətirmək olar. Bu test sayəsində fərqli intellektual bacarıqlara sahib insanlar ümumdünya elit təşkilata üzv olurlar.
Bir neçə müddət bundan öncə həmin təşkilatın potensial namizədləri siyahısına qeyri adi şəxs əlavə olunub.
Belə ki, həmin şəxs öz IQ səviyyəsinə görə məşhur fizik Albert Eynşteyn-in IQ səviyyəsini geridə qoyub. Həmin şəxs İran əsilli 11 yaşlı Tara Sharifi adlı məktəbli qızdır. O, Mensa IQ Testindən Oksfordda keçib. Test nəticəsi olaraq Tara Sharifi 162 xal toplayıb. Bu isə Albert Eynşteyn və Stiven Hokinq kimi dahilərin nəticələrindən daha yüksəkdir.
“Mən və mənim valideynlərim bu testi keçmək qərarını birgə vermişik. Bu, Mensa sistemində olan digər insanlarla tanış olmaq üçün əla fürsətdir. Mən bu barədə məktəbdəki bəzi dostlarıma danışdım və onlar çox təsir altnda qaldılar” – deyə Tara Sharifi bildirib. Bu cür göstəricini əldə etmiş Tara, Mensa təşkilatında üzvlüyə sahib ola bilər. Həmin təşkilat həmçinin ən yüksək IQ-yə sahib insanlar cəmiyəti kimi də tanınır. Tara Sharifi-nin sözlərinə əsasən gələcəkdə o, riyazyyatla bağlı olan nə iləsə məşğul olmaq istəyir. yenicag.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar