Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Dünyanın nə gözəl taxtı varıydı– özü oturmuşdu taxtında hələ" - Paşa Talıblının ŞEİRLƏRİ

Tarix: 09-05-2019 11:42     Baxış: 2317 A- / A+
"Dünyanın nə gözəl taxtı varıydı– özü oturmuşdu taxtında hələ" - Paşa Talıblının ŞEİRLƏRİ


Manevr.az istedadlı şair Paşa Talıblının şeirlərini təqdim edir:

DÜNYANIN DÜZ VAXTI

Dünyanın nə gözəl vaxtı varıydı–
Əkinci xırmannan dən aparardı.
...dərdin mini girər, mini çıxardı,
ünlü şairlərin ünü çıxardı.

...dünyanın nə gözəl vaxtı varıydı,
dünyanın nə gözəl baxtı varıydı,
dünyanın nə gözəl taxtı varıydı–
Özü oturmuşdu taxtında hələ.

...hər şeyin öz vaxtı nə gözəliymiş,
şairin söz vaxtı nə gözəliymiş,
dünyanın düz vaxtı nə gözəliymiş,
o vaxtın içində nə gözəliydik–
elə indi də gözəllik, qardaş!

...dağların qarının qurdu çıxardı,
barını görərdik bar ağacının.
Onda asılmağa ağac varıydı,
dibində su vardı dar ağacının;
Gedib asılardıq budaqlarından–
Dünyanın nə gözəl vaxtı varıydı.

YER ÜZÜ

(Məhəmməd Hadiyə)

Durur tarix ilə olub-keçənlər;
Olub-keçənləri tarix yazırdı.
Kimsə qoymur məni Hadi olmağa–
Arxadan vurmağa kimsə hazırdı.

İtib–bilən yoxdu sözün dilini,
itib–gedən yoxdu şeirin izinnən.
Məndən Hadi olmaz–qəbirim var mənim;
Mən "yoxa" çıxmadım bu yer üzündən.

Hadi itən yerdi yer üzü, Allah!
Burda daşdan tutmuş güləcən itib.
Yer üzü Hadidi–daşından gülünəcən;
Hadi yer üzündən beləcə itib.


***

(İbrahim Xəlilə)

Bir gün "Ucar havasında",
bir gün "Yar"dasan, əzizim!
... Arazdaydın, Göyçədəydin,
indi hardasan, əzizim?!

Sirrin hansı qatındasan?
Baqeyi - fənadasanmı?...
Əsil mənadamı?..yoxsa
məcazi mənadasanmı?

Sabah yenə olacaqsa,
varmı gecənin mənası?...
...Arazın mənası nədir,
nədir, Göyçənin mənası?

Peyğəmbər adına qurban
İbrahim olsun, ya Xəlil!
Xoşca qal, dərdimdən, şair!
Özgə nə deyim, mən zəlil?!


***

Siz gəlin yığışıb ilham bağına,
bir yol da bu bağda oturun, gəlin.
Yığışın başıma şair heykəlim;
İlham payınızı götürün, gəlin.

Hərdən Sabir bağı açıq süfrədi;
süfrənin başına keçin, əyləşin.
Baş tutun başını bir az ilhamın,
bir az başınızdan keçin, əyləşin.

...açın bir-birinə ürəyinizi,
ilhamdan tellənən yeri oxuyun.
...axşamlar yığışın ilham bağına,
gecə yazdığınız sirri oxuyun.

Paşa Talıblı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar