Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva "Döyüşə qızlar gedir" filminin təqdimatında iştirak etdi

Tarix: 03-05-2019 21:42     Baxış: 3217 A- / A+
Qənirə Paşayeva "Döyüşə qızlar gedir" filminin təqdimatında iştirak etdi

Millət vəkili Q.Paşayeva “Döyüşə qızlar gedir” filmin təqdimatında döyüşçü qadınlarımızı gənclərin daha yaxından tanıması üçün KİV-lərə çağırış edib

Millət vəkili Q.Paşayeva tanınmış araşdırmaçı-yazar Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: zərif talelər” əsəri əsasında çəkilən “Döyüşə qızlar gedir” filmin təqdimatında çıxış edib. Müəllifi yeni kitabı və film münasibətilə təbrik edən millət vəkili Q.Paşayeva Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımızı daha çox təbliğ etməliyik deyib. Qarabağ müharibəsində qəhrəman oğullarımızla yanaşı, qəhrəman qızlarımız da vuruşub deyən millət vəkili biz qəhrəman, qazi oğullarımızı təbliğ edirik, bu, belə də olmalıdır. Ancaq unutmamalıyıq ki, Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşən qızlarımız da vardı və gənc nəsillərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman oğullarımızla yanaşı, qəhrəman qızlarımızın da gənc nəsillərə tanıdılması, təbliği çox vacibdir deyib. Belə filmlərin çəkilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiyini deyən millət vəkili Q.Paşayeva qeyd etdi ki, hələ Qarabağ yaramız sağalmayıb, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi oğullarımızla yanaşı, qızlarımızın da qəhrəmanlıqları təbliğ olunmalıdır. Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımızın gənc qızlar üçüm əsl örnək olduğunu xüsusi vurğulayıb və onların gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə, televiziyalara, universitetlərə çağırış edib: “Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə onların cəmiyyətə daha yaxından tanıdılması böyüyən gənc qızlarımız çox önəmlidir. ” Bu filmin ölkəmizin müxtəlif bölgələrində təqdimatının keçirilməsinin və müxtəlif xarici dillərə tərcümə edilərək ölkəmizin hüdudlarından kənarda tanıdılmasının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi, qəhrəman oğul və qızlarımızın daha geniş tanıdılması və təbliği baxımından çox vacibdir deyib. Çıxışının sonunda millət vəkili inşallah gələn tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, o gözəl torpaqlarımızda qeyd edək deyib.

Qənirə Paşayeva "Döyüşə qızlar gedir" filminin təqdimatında iştirak etdi

Qənirə Paşayeva "Döyüşə qızlar gedir" filminin təqdimatında iştirak etdi



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar