Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Məhkəmə sistemi tam ədalətsiz olduğuna görə, sahibkar..."

Tarix: 20-04-2019 21:48     Baxış: 3200 A- / A+
"Məhkəmə sistemi tam ədalətsiz olduğuna görə, sahibkar..."

"Son zamanlar görürük ki, hansısa hadisə olanda aidiyyatı məmurlar buna müdaxilə edə bilmir. Adekvat reaksiya olmur. Sonda prezident məsələyə müdaxilə edir, problemin həlli istiqamətində tədbirlər görür. Bu, nəyin nəticəsidir?"
Manevr.az bildirir ki, bu fikirləri Millət vəkili Fazil Mustafa öz feyzbuk səhifəsində qeyd edib. Yazısında bir sıra sosial məsələlərə (problemlərə) münasibət bildirən məclis üzvü fikirlərini belə davam etdirib:
"Bu, bilavasitə sistemin lazımınca işləməməyinin nəticəsidir. Məsələn deyək ki, "Diqlas" yanır. Bu, bir sığorta hadisəsidir. Bu, prezidentə aid olan məsələ deyil. Amma nə baş verdi? Prezident gördü ki, sahibkar ortada qalıb. Gəldi məcbur olub onlara dəyən zərəri ödədi. Sübut olundu ki, ölkədə siğorta sistemi çöküb. Sığorta sistemini yenidən ağıllı formada dirçəltmək lazımdır.Ya zəlzələ oldu. Zəlzələdə problem nədir? Evlər sığortalanmalıydı. Bunu da sığorta şirkəti ödəməliydi. Bu da baş vermədi. Çünki bu sahədə də sistem çöküb.Təhsil müəssisələrində olan müəyyən problemlərin prezidentin öz üzərinə götürməsinə gərək yoxdur. Bunlar məktəb çərçivəsində həll olunmalı məsələdir. Məktəblərdə funksiyaların doğru yerinə yetirilməsinə ehtiyac var. Prezident deyir ki, sahibkarı yoxlamaq olmaz, amma sahibkarları qeyri-rəsmi yoxlayırlar, onlardan pul tuturlar. Müxtəlif vasitələrlə onun vəsaitini mənimsəyirlər, onlara təzyiq edirlər. Məhkəmə sistemi tam ədalətsiz olduğuna görə, sahibkar onlara müraciət etmir. Bilir ki, onun əleyhinə qərarlar çıxarılacaq. Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir. Bunlar ona görə prezidentin müdaxiləsi ilə nəticələnir ki, sistem buna lazımi səviyyədə reaksiya verə bilmir, uminiteti pozulub. Biz ona görə elə etməliyik ki, sistem işləsin. Prezident bütün xırda məsələlərə görə müdaxilə eləməsin. Ölkədə ən birinci məhkəmə islahatından başlamaq lazımdır. Əgər məhkəmələrdə qərarlar hüquqa uyğun çıxarılmırsa, iş adamının, vətəndaşın hüququnu qoruya bilmirsə, hakim korrupsiya ilə qərar çıxarırsa, onda ədalətə güvənmək olmaz. Ona görə bu sahədə ciddi işlər görülməlidir. Ondan sonra bu kimi məsələlərə müdaxiləyə ehtiyac qalmayacaq."


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar