Xəbər lenti
18-11-2017
17-11-2017
BÜTÜN XƏBƏRLƏR

YAP-dan Hüseyn Abdullayevin prezidentliyə namizəd olmaq istəyinə REAKSİYA

Tarix: 13-10-2017 16:34     Baxış: 5175 A- / A+
YAP-dan Hüseyn Abdullayevin prezidentliyə namizəd olmaq istəyinə REAKSİYA


Sabiq deputat, hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olduğunu bəyan edib.

Eks-deputatın prezidentliyə namizəd olmaq istəyinə hakim Yeni Azərbaycan Partiyasından (YAP) reaksiya gecikməyib.
Deputat, YAP Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə modern.az-a açıqlamasında Hüseyn Abdullayevin 2018-ci ilin prezident seçkilərinə namizədliyini irəli sürmək fikrinə belə münasibət bildirib:

"Azərbaycan Konstitutsiyasının prezidentliyə namizəd üçün irəli sürdüyü şərtlər var. Həmin şərtləri ödəyən və həmin şərtlərin tələblərinə cavab verən istənilən ölkə vətəndaşı namizədliyini irəli sürə bilər. Bu məsələdə problem yoxdur”.

YAP rəsmisinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası seçkilərdə yenidən qalib gəlmək əzmindədir.

"Bu gün partiyada bütün fəaliyyət ona yönəlib. Apardığımız sorğular göstərir ki, Yeni Azərbaycan Partiyasından namizədin qalib gəlmək şansı həddindən artıq yüksəkdir. Çünki indiki prezident, partiyanın sədri cənab İlham Əliyevin ötən müddət ərzində fəaliyyəti ölkənin və hər bir vətəndaşın maraqlarına cavab verir. Ölkənin müstəqilliyi möhkəmlənib, iş yerlərinin sayı çoxalıb, insanlar özlərini güvəncli və təhlükəsiz hiss etməyə başlayıblar. Bu baxımdan kimlərinsə prezidentliyə namizədliyini irəli sürməsi bizi maraqlandırmır. Biz öz namizədimizin qalib gələcəyinə inanırıq və bu baxımdan digərlərinin namizəd irəli sürüb öz təbliğatını aparması qanun çərçivəsində həyata keçirilə bilər”.


Xatırladaq ki, bəstəkar, "Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu.

Ardınca məhkəmə onun 2 il müddətində azadlıqdan məhrumedilməsi ilə bağlı qərar qəbul edib.

Sonradan H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edildi və barəsində 2 il sınaq müddəti müəyyən olundu, məhkəmə zalından azadlığa buraxıldı.

2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.

Sonra eks-deputat Almaniyaya mühacirət etdi.

2013-cü ildə isə Azərbaycanın hüquq-mühafizə orqanları Hüseyn Abdullayevi axtarışa verdi. Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb.

Manevr.az




Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar