Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ünvanlı sosial yardım kimlərə düşür? (ARAŞDIRMA)

Tarix: 14-10-2019 11:15     Baxış: 3137 A- / A+
Ünvanlı sosial yardım kimlərə düşür? (ARAŞDIRMA)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində daha 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırılıb.

Məlumatda qeyd olunub ki, ÜDSY almaq üçün bir qrup sahibkar vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilib. Həmçinin müqavilə bağlanan vətəndaşların sosial sığorta vəsaitlərinin ödənilmədiyi də müəyyən olunub.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı olaraq qaynarinfo saytı araşdırma aparıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov araşdırmamız üçün bir sıra maraqlı məqamlara aydınlıq gətirib, həmçinin sosial yardımın hansı şərtlər qarşılığında vətəndaşlara verilməsi barədə də məlumatlandırıcı açıqlama ilə çıxış edib.
Ünvanlı sosial yardım kimlərə düşür? (ARAŞDIRMA)

Qurum rəsmisi əvvəlcə yuxarıda qeyd olunan sahibkarların vətəndaşlarla bağladığı qısa müddətli müqaviləsi və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilməsi məsələsinə şərh verib:

- Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (aşağıda qeyd olunub) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər:

• Şəxsin əlil olması;
• Şəxsin əmək pensiyaçısı olması;
• əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
• ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;
• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya "DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
• ailə üzvünün vəfat etməsi;
• ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
• ailə üzvünün azadlıqdan məhrum edilməsi;
• ailə üzvünün olduğu yerin məlum olmaması.

Ailənin əmək qabiliyyətli üzvü yuxarıda qeyd olunan səbəblər istisna olmaqla digər səbəblərdən işləmədikdə, həmin ailəyə ÜDSY təyin edilmir.
Məhz bu səbəbdən ÜDSY təyin edilməsindən imtina verilməməsi üçün bir qrup sahibkar əmək qabiliyyətli vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilib".

- Ümumiyyətlə, ünvanlı dövlət sosial yardımı kimlərə verilir, şərtləri, qaydaları nədən ibarətdir?

- Ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (aşağıda qeyd olunub) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan (hazırda ehtiyac meyarının həddi 143 manat təşkil edir) aşağı olan aztəminatlı ailələr malikdirlər:

• Şəxsin əlil olması;
• Şəxsin əmək pensiyaçısı olması;
• əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
• ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;
• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya "DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
• ailə üzvünün vəfat etməsi;
• ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
• ailə üzvünün azadlıqdan məhrum edilməsi;
• ailə üzvünün olduğu yerin məlum olmaması.

Aztəminatlı ailələrə ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı dövlət sosial yardım təyin edilir.

Ünvanlı dövlət sosial yardımla bağlı müraciət edilməsi və onun təyin olunması proseduru elektron infrastruktur üzərindən aparılır. Ünvanlı sosial yardımla bağlı VEMTAS sisteminə elektron qaydada müraciət etmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və ailəni təmsil edən şəxsin notarial qaydada təsdiq edilmiş təmsilçilik barədə ərizəsinin nömrəsi tələb olunur. Ailəni təmsil edən şəxs notarial qaydada təsdiq edilmiş təmsilçilik barədə ərizəni notariat kontorundan əldə edə bilər. Vətəndaş təmsilçilik barədə ərizə əsasında e-gov.az portalından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin siyahısından "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi" e-xidmətinə müraciət etməlidir. Müraciətlərə elektron sistem tərəfindən baxılaraq obyektiv və şəffaf şəraitdə sosial yardım təyin olunub-olunmaması barədə qərar qəbul edilir və bu barədə vətəndaşın məlumatlandırılması təmin olunur.

Vətəndaş təmsilçilik barədə ərizə əsasında e-gov.az portalından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin siyahısından "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi" e-xidmətinə müraciət edərkən ailəni təmsil edən şəxs və ailə üzvləri, ailənin faktiki yaşayış ünvanı, ailənin mülkiyyətində olan əmlakı, ailənin mülkiyyətində və ya istifadəsində olan əsas vəsaitlər, ailənin gəlirləri və xərcləri (əmək haqqı, kredit, kirayə, kommunal xərcləri və s.) barədə məlumatları daxil etməlidir.

Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

- "Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (yaşayış minimumu hazırda ölkə üzrə 180 manatdır) 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
- ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
- ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
- ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;
- ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

Ünvanlı dövlət sosial yardımı vətəndaşlara nəinki nəğd ödəniş, həmçinin özünəməşğulluq proqramı çərçivəsində torpaq sahəsi və mal-qara da təklif olunur:

- Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan ailənin yalnız bir üzvü proqramda iştirak edə bilər. Proqramda iştirak etmək üçün müraciət edən şəxslər sırasından şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən seçilmiş vətəndaşlar müsahibə mərhələsinə buraxılır. Müsahibə nəticəsində müəyyən sayda şəxs seçilərək təlimlərə buraxılır. Təlimlər ümumi vaxtı 40 saat olmaqla 1 ay ərzində keçirilir. Təlim prosesini müvəffəqiyyətlə başa vuraraq biznes-planlarını hazırlamış şəxslər müdafiə mərhələsində iştirak edirlər. Müdafiə mərhələsini uğurla keçən şəxslərin biznes-planlarının maliyyələşdirilməsi haqqında əmr verilir, bu şəxslərlə şəhər, rayon məşğulluq mərkəzləri arasında özünüməşğulluğun təşkili haqqında müqavilə bağlanılır. Biznes-planlar üzrə nəzərdə tutulmuş aktivlərin sayı və həcmi müəyyən edilərək satınalmalar prosesi həyata keçirilir. Alınmış aktivlər akt əsasında proqram iştirakçılarının istifadəsinə verilir və biznes planların icrasına başlanılır. 12 aydan sonra iştirakçının biznesinin uğurla həyata keçirilməsi müəyyən edildiyi halda aktivlər akt əsasında iştirakçının şəxsi mülkiyyətinə verilir. Aktivlərin təhvil verildiyi gündən etibarən iştirakçılar, təlimçilər və şəhər, rayon Məşğulluq Mərkəzlərinin nümayəndələri mütəmadi olaraq (ayda bir dəfə) biznesin inkişafına dair hesabatlarını hesabat formasına uyğun olaraq təqdim etməlidirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar