Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Pomidor satan, konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO

Tarix: 20-04-2024 14:18     Baxış: 365 A- / A+

“Hər bir idmançı kimi həyatım çətinliklərdən ibarət olub. Qoyun qabağında dayanmaqdan tutmuş konduktorluğa qədər etmişəm. Anamla pomidor satmağa belə gedirdim. Bununla belə məşqlərimi də edirdim”.
Manevr.az xəbər verir ki, bu sözləri futbol üzrə qadınlar ibarət milli komandanın kapitanı Sevinc Cəfərzadə deyib. “AStar” yutub kanalına müsahibə verən Cəfərzadə həyatı ilə yanaşı, karyerası və ölkəmizdə qadın futboluna olan münasibət ilə bağlı mühüm açıqlamalar da verib:
“Ətrafın reaksiyası psixoloji problemlər yaradır. Bu tək məndə deyil, bütün komanda yoldaşlarımda baş verib. Qız nədir, futbol nədir və ya get evdə yeməyini bişir kimi sözlər eşirdik. Düşünmürəm ki, biz pis iş görürük. Biz ölkəmizi təmsil edirik. Mən 7 il Rusiyada oynamışam, Almaniyaya qədər gedib çıxmışdım. İndi Səudiyyə Ərəbistanı klubunda oynayıram. Bu, mənim və ailəm üçün böyük fəxrdir. Ailələr var ki, uşaqların idmanla məşğul olmasını istəmirlər. Amma gələcəyi görsələr, icazə verərlər. Amma indi xoş sözlər eşidirik. Biz qazandığımız nəticələrlə fikirləri dəyişdirdik. İnsanların mənim qürur duymasını sevinirəm”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar