Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Altı türk ölkəsinin dəstəyilə Molla Nəsrəddin haqqında film çəkilir

Tarix: 02-05-2024 19:17     Baxış: 380 A- / A+

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Molla Nəsrəddin. Çətin günlərin dostu" layihəsinin təqdimatı keçirilib.
Manevr.az xəbər verir ki, filmlə bağlı qərar TÜRKSOY Daimi Şurasının ötən ilin 13-14 oktyabr tarixlərində Şuşa şəhərində keçirilən 40-cı iclasında qəbul olunub.
Filmin quruluşçu rejissoru, ssenari müəllifi Xalq artisti Vaqif Mustafayev, prodüseri Zaur Darabzadədir.
TÜRKSOY-un rəhbəri Sultan Rain filmi Türk dünyası tarixində ilk və önəmli layihə kimi qiymətləndirib: "Bu layihədə türk dövlətləri iştirak edir. İnanıram ki, çox gözəl film olacaq".
Vaqif Mustafayev filmin çəkilişlərinin avqust ayında başlayacağını deyib: "Fəxr edirəm ki, türk xalqlarının məşhur folklor qəhrəmanı Molla Nəsrəddin haqqında layihəni TÜRKSOY çərçivəsində həyata keçirəcəyik".
Onun sözlərinə görə layihənin məqsədi türk dövlətlərinin iştirakı ilə gözəl, baxımlı film istehsal edib qərb dünyasına təqdim etməkdir.
Zaur Darabzadə bildirib ki, layihəyə altı türk dövləti qoşulub:
"Film hazırlıq mərhələsindədir. Kastinq keçirilir, filmin baş rolu Molla Nəsrəddin üçün bir çox namizədlər var. Amma hələ axtarışlar davam edir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar