Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Tarqovı”da turistə hücum edən gənclərə ağır cəza

Tarix: 02-05-2024 13:56     Baxış: 374 A- / A+



Bakının Səbail rayonu ərazisində - "Tarqovı" adlanan məhəllədə Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışova hökm oxunub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, gənclər ötən il fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində Pakistan vətəndaşı Umar Farooqa bıçaqla hücum edərək içərisində 2 000 ABŞ dolları, 50 manat və sənədlər olan cüzdanını quldurluq yolu ilə talayıblar. Belə ki, pul kisəsi arxa cibində açıq görünən turist 26 yaşlı Şahinin və 24 yaşlı Asifin diqqətini çəkib və onlar həmin şəxsi təqib ediblər. Daha sonra əcnəbiyə hücum edən şəxslər onun pulqabısını götürərək qaçıblar.
Məhkəmənin hökmü ilə Şahin Cavadova 9, Asif Bağışova isə 8 il həbs cəzası verilib.
Qeyd edək ki, həbs edilən gənclər əvvəllər də oxşar əməllərə görə məhkumluq həyatı yaşayıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar