Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cüdo üzrə V "Raquf Orucov Kuboku" beynəlxalq turniri keçirilib - ŞƏKİLLƏR

Tarix: 01-05-2024 13:59     Baxış: 3224 A- / A+
Aprelin 30-da Bakı İdmana Sarayında Bakı İdman Sarayında cüdo üzrə ənənəvi V “Raquf Orucov kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib. 

Müasir hərb tariximizin şanlı səhifəsi sayılan 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenleyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilmiş turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyanın (Fərdi Neytral İdmançılar) 20 yaşadək cüdoçularından (U-20) ibarət 13 komanda mübarizə aparıb. Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərovun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunmuş, turnirin rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Rəşadətli ordumuzun zəfərinə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Manevr.az xəbər verir ki, açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançılar iştirak ediblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimdə çıxış edərək, ölkəmizdə idmanın inkişafından, Olimpiya hərəkatından, idmançılarımızın qazandığı qələbələrdən söz açıb, həmin qələbələrin daim xalqımızı ruhlandırdığını vurğulayıb. O, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərin xatirəsinin daim əziz tutulduğunu bildirib, böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıyan turnirin təşkilatçılarının fəaliyyətini yüksək dəyərləndirib, idmançılara uğurlar arzulayıb. Milli Məclis sədrnin müavini Adil Əliyev Azərbaycanın idman ölkəsi kimi dünyada tanındığını, Ulu Öndər Heydər Əliyevin bu sahənin dirçəlişində müstəsna rol oynadığını, Prezident İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət göstərdiyini, idmançılarımızın beynəlxalq arenalarda böyük uğurlar qazandığını qeyd edib. O, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr olunmuş turnirin həm ölkəmizdə idmanın inkişafına yönəldiyini, həm də şəhidlərə ehtiramı ifadə etdiyini bildirib. Adil Əliyev haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan Vətən oğullarının döyüş yolunun gənc nəsil üçün örnək olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsini daim əziz tutduqlarını, eləcə də şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görüldüyünü qeyd edib. O, beynəlxalq turnirin gənc nəslin vətənpərvərlik ruhunda tədrbiyəsinə mühüm təsir göstərdiyini vurğulayaraq, bu mötəbər ənənəvi tədbirin əvvəlkilər kimi indi də yüksək səviyyədə təşkilinə görə yarışın təşəbbüskarı Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi Azər Əsgərova minnətdarlıq bildirib. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədo, cüdo üzrə dünya və Avropa çempionatının qalibi və mükafatçısı, 2024-cu ilin idman səfiri Orxan Səfərov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Muharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək, ürək sözlərini söyləyib, turnirin təşkilini yüksək qiymətləndiriblər. Əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Orucova şəhid ailələrini dövlətimizin qayğısını daim hiss etdiklərini bildirib. O, xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını vurğulayaraq, şəhidlərin müqəddəs əməllərinin layiqincə qiymətləndirilməsində və bunun gələcək nəsillərə çatdırılmasında belə yarışların mühüm əhəmiyyət daşıdığını deyib.

 Tərkibinə “Judo Club 2012” idman klubunun da daxil olduğu “Azman Holdinq”in və onun rəhbərliyinin ötən səkkiz ildə daim Raquf Orucovun və digər şəhidlərin ailələrinin yanında olduğunu qeyd edən Sevinc Orucova bu xeyirxah missiyaya və beynəlxalq turnirin təşkilinə görə minnətdarlıq bildirib. Mərasimdə əməkdar artist Xəyyam Mustafazadə vətənpərvərlik ruhunda mahnılar oxuyub, “Jüdo Club 2012”nin yeniyetmə idmançılarının nümunəvi çıxışları nümayiş olunub. Rəsmi və bədii hissə başa çatdıqdan sonra Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib. Turnirin finalında "Edelveys" klubunun (Fərdi Neytral İdmançılar) və "Judo Club 2012"nin komandaları qarşılaşıblar.

Azərbaycan təmsilçiləri rəqiblərinə qalib gələrək turnirin kubokunu və qızıl medallarını qazanıblar. Bürünc medallara "Atilla" İdman Klubu (Azərbaycan) və Macarıstan komandası layiq görülüblər. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunub. Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018, 2019 və 2023- cü illərdə uğurla təşkil olunub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.

Manevr.az




















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar