Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan tək qaldığını anladı - Türkiyəli ekspert

Tarix: 20-04-2024 11:30     Baxış: 363 A- / A+
Ermənistan tək qaldığını anladı - Türkiyəli ekspert

Qazaxın kəndləri böyük zəhmət və səylər hesabına geri qaytarılıb.
Manevr.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib.
"Sovet İttifaqı dağılandan sonra Rusiyanın “yaxın ətraf” siyasətindən gözləntilər tam olaraq özünü doğrultmayıb. Azərbaycanın Rusiyaya qarşı məsafəli duruşu və Gürcüstanın anti-Rusiya siyasətini nəzərə alan Moskva Qafqazda özünəməxsus siyasəti kursu yürüdüb.. Bu vəziyyətdə Rusiya Ermənistana təsirini artırmaqla Qafqazdakı hərbi mövcudluğunu qorumağa və gücləndirməyə çalışırdı. Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Rusiya ordusu 1995-ci ildə bu ölkədə baza yaradıb. İlkin olaraq 25 il müddətinə imzalanan müqavilə 2010-cu ildə uzadılıb və bazadan 2044-cü ilə qədər Rusiya və Ermənistan qüvvələrinin müştərək istifadəsinə icazə verilib.
44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın böyük qələbəsi ilə nəticələndi. Tarixi qələbədə Türkiyənin də böyük əməyi və dəstəyi oldu. Qarabağ müharibəsindən sonra Rusiyanın Ukraynaya müharibə elan etməsi Rusiyanın hərbi gücünü çətin vəziyyətə saldı. Türkiyə və Azərbaycanın diplomatik gediş-gəlişi Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına yol açıb. Sülhməramlıların səlahiyyətlərinin hələ 2025-ci ildə başa çatması gözlənilsə də, bu müddətdən əvvəl bölgədən çıxarılması maraq doğurub. Ermənistan tək qaldığını anlayıb və 30 il əvvəl işğal etdiyi kəndləri geri qaytarıb. Bu prosesdən sonra Ermənistan Azərbaycanın işğal etdiyi bütün torpaqları geri qaytaracaq", - İmbat Muğlu deyib.

Qeyd edək ki, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar