Sizin Reklam Burada
Xəbər lenti
18 noyabr
17 noyabr
16 noyabr
BÜTÜN XƏBƏRLƏR

Məşhur siyasi mühacir Amanbəyli vəfat etdi

Tarix: 09-11-2019 14:51     Baxış: 338 A- / A+
Məşhur siyasi mühacir Amanbəyli vəfat etdi

Təbrizli siyasi mühacir Əlirza Amanbəyli bu gün səhər saatlarında qəflətən vəfat edib.

Manevr.az xəbər verir ki, Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu 21 mart 1966-cı ildə İranın Təbriz şəhərində anadan olub, orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986-1988-cı ilərdə hərbi xidmətdə olub, İran-İraq muharibəsində iştirak edib. İranda azərbaycanlıların milli azadlıqı yolunda siyasi-mədəni və ictimai fəaliyyət göstərib. Şimali Azərbaycanda başlayan milli azdlıq hərəkatında (sərhəd hərəkatı) yaxından iştirak etmək üçün 1989-cu ildən 1993-cu ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub, burda gedən proseslərdə iştirak edib.

Qarabağ muharibəsi zamanı Qarabağda yaralanan soydaşlarımıza tibbi yardımlar və dərmanlar təşkil edərək döyüş bölgələrinə və Bakıdakı hərbi xəstəxanalara çatdırıb. Qarabağ düyüşlərində yaralanan 200 nəfərə yaxın əsgərin Təbriz və Tehran xəstəxanalarında doktor Cavad Heyətin nəzarəti altında müalicəsini təşkil edib. 1990-1991-ci ilərdə Naxcıvanın blokadası zamanı naxçıvanlılara istilik sobaları və yanacaq yardımları təşkil edib. İranın işğalçı Ermənistana maddi və mənəvi dəstəyinə qarşı Təbrizdə və başqa şəhərlərdə etiraz aksiyaları təşkil etdiyinə və Azərbaycan Respublikasından İrana gələn soydaşlarımızla yaxın əlaqələr yaratdığına görə İranın təhlükəsizlik məmurları tərəfindən dəfələrlə həbs edilərək ağır işgəncə və təziqlərə məruz qalıb. İran inqilab məhkəməsi onu Azərbaycan və Türkiyə dövlətinə casusluqda ittiham edib. Lakin həmin itihamları sübut edən tutarlı faktlar olmadığından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülki girov muqavilində müvəqqəti azadlığa buraxılıb. Lakin rejimin təhlükəsizlik məmurları tərəfindən təqib və təziqlərə məruz qaldığı üçün Azərbaycana pənah gətirib. Uzun illər Təbrizdə Azərbaycan milli musiqisini təbliğ edən Ə.Amanbəyli 1994-cü ildə Azərbaycan dövləti hesabına təhsil almaq hüququ əldə edib.

Həmin il Bakı Musiqi Akademiyasının muğam fakültəsinə (xanəndə) daxil olub, 2000-ci ildə ali təhsilini bitirib.

2003-ci il Sərhəd Qoşunlarının marşını yazdığına görə "Fəxri fərman"a layiq görünüb. Bir çox vətənpərvər mahnıların müəlifi və ifaçısı idi.

Bütöv Azərbaycan Birliyi (BAB) Rəyasət Heyətinin üzvü, 2002-ci ildə Güney Azərbaycan Milli Oyanış Hərkatının mərkəzi komitəsinin üzvü olub.

Dünya Azərbaycanlıları Konqeresinin mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri, 2011-ci oktyabır ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri, www.davam.az xəbər portalının kordinatoru vəzifəsində çalışıb.

Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan türklərinin milli hüquq və azdlıqları mövzularında müsahibə və məqalələri çap olunub.axar.az


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar