Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rəqibin ayağını sındıran futbolçunun qırmızı vərəqəsi ləğv olundu

Tarix: 06-11-2019 11:19     Baxış: 4186 A- / A+
Rəqibin ayağını sındıran futbolçunun qırmızı vərəqəsi ləğv olundu



"Tottenhem"in futbolçusu Son Hın Minə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində "Everton"la qarşılaşmada göstərilən qırmızı vərəqə ləğv olunub.


Manevr.az
sportinfo.az-a istinadən xəbər verir ki, cənubi koreyalı yarımmüdafiəçi həmin qarşılaşmada rəqib futbolçu Andre Qomeşlə mübarizə zamanı kobud oynamış və sarı vərəqə almışdı.

Lakin epizod zamanı Qomeşin ayağının qırıldığını görən baş hakim qərarını dəyişmiş və Sonu meydandan qovmuşdu. "Tottenhem" rəhbərliyi isə futbolçuya göstərilən qırmızı vərəqənin çox sərt qərar olduğunu bildirərək, İngiltərə Futbol Federasiyasına etiraz məktubu ünvanlamışdı.

Artıq federasiya bu məsələ ilə bağlı yekun qərarını açıqlayıb. Qurumdan verilən məlumata görə, cənubi koreyalıya göstərilən qırmızı vərəqə ləğv olunub.

Bu isə o deməkdi ki, Son Hın Min növbəti turda "Şeffild Yunayted"lə ev oyununda komandasına kömək edə biləcək. "Everton" - "Tottenhem" oyunu 1:1 hesabıyla başa çatıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar