Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərə Qayıdış" İB-dən müraciət:"Mübariz Mənsimov Türk dünyasının problemlərinə biganə qalmayıb"

Tarix: 13-04-2020 16:22     Baxış: 4751 A- / A+
Kəlbəcərə Qayıdış" İB-dən müraciət:"Mübariz Mənsimov Türk dünyasının problemlərinə biganə qalmayıb"

"Kəlbəcərə Qayıdış" İçtimai Birliyi iş adamı, xeyriyyəçi, ictimai xadim Mübariz Mənsimovun həbsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

Manevr.az-ın məlumatına görə müraciətdə deyilir:
“Azərbaycan əsilli iş adamı, Palmalı Şirkətlər Qrupunun sahibi, vətənpərvər insan, ictimai xadim Mübariz Mənsimovun Türkiyədə həbs olunması ilə bağlı narahatçılığımızı Sizə çatdırmağı özümüzə borc bilirik. M.Mənsimov illərdi Türkiyədə çalışır, Türkiyənin iqtisadiyyatına öz töhfəsini verir, eyni zamanda Azərbaycan üçün də xidmət göstərir. O, Türkiyəni və Azərbaycanı eyni dərəcədə sevən bir insandı, həmişə iki qardaş ölkənin dostluğunun, əlaqələrinin möhkəmləndirilməsinə çalışıb. O, türk və islam dünyasının problemlərinə heç vaxt biganə qalmayıb, hər hansı bir problemin həlli üçün əlindən gələn köməyi göstərməyə çalışıb. M.Mənsimov Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğalla, Qarabağ məsələsi ilə bağlı həmişə vətənpərvər mövqe tutub. İşğala, Ermənistana qarşı, sözdə “erməni soyqırımı” iddialarına qarşı fəal mücadilə aparıb.
Biz "Kəlbəcərə Qayıdış" İctimai Birliyi Mübariz Mənsimova qarşı cinayət işinin haqlı və ya haqsız olduğunu demək istəmirik. Türkiyə hüquq mühafizə sisteminin ədalətli işinə inanırıq. Sadəcə, M.Mənsimovun Azərbaycan, Türkiyə, bütün islam, türk dünyası qarşısında xidmətlərinin, Türkiyə və Azərbaycandakı xeyriyyəçilik fəaliyyətinin nəzərə alınmasını istəyərdik. Bir məsələ də nəzərə alınmalıdır ki, bu hadisə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək istəyən düşmənlərimizin təxribatı da ola bilər. Bütün deyilənləri nəzərə alalraq Mübariz Mənsimovun məhkəmə işini nəzarətə götürməyinizi, onun tezliklə azadlığa buraxılması üçün təşəbbüs etməyinizi xahiş edirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar