Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ağrılı problemini unuda bilmərik - Çernyavski

Tarix: 09-12-2019 19:11     Baxış: 3113 A- / A+
Azərbaycanın ağrılı problemini unuda bilmərik - Çernyavski

Rusiyanın Cənubi Qafqazdakı həqiqi strateji müttəfiqi Azərbaycandır.

Manevr.az-ın məlumatına görə, bunu Moskvada keçirilən "Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları" adlı dəyirmi masada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski deyib.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə bu yaxınlarda keçirilmiş Regional Əməkdaşlıq Forumundan çox təsirlənib: "Rusiyanın İqtisadi İnkişaf naziri Oreşkinin birgə əməkdaşlığımızın nəticələri barədə məlumatlarını dinləmək maraqlı idi. O bildirdi ki, son bir ildə ölkələr arasındakı ticarət 26% artıb və MDB ölkələrinin heç biri ilə belə artım yoxdur".

Mərkəz direktoru həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycan tərəfindən dəstəklənən Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan üçtərəfli formatlarında yüksək vəzifəli şəxslər səviyyəsində mütəmadi görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

O bildirib ki, xarici siyasət baxımından bu gün Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli oyunçudur: "Əlbəttə, Azərbaycan üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsini unuda bilmərik. Hər kəs başa düşür ki, bu, Azərbaycanın qanlı yarasıdır və Rusiya bu məsələ üzrə aparılan bütün danışıqlarda iştirak edir. İndi Ermənistanda vəziyyət dəyişir. Görək Ermənistan tərəfi danışıqlarda hansı mövqeyə gələcək. Hər halda bu proses davam edir".report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar