Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü olub - FOTO

Tarix: 28-11-2016 18:13     Baxış: 2290 A- / A+
İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü olub


Noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının prezidentinə raport verdi.

Belarus Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Belarus Respublikasının pezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü olub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar