Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gələn il təhsil haqqı artacaq: Ekspert rəqəmləri açıqladı

Tarix: 04-10-2019 19:32     Baxış: 4424 A- / A+
Gələn il təhsil haqqı artacaq: Ekspert rəqəmləri açıqladı

“Gələn ildən etibarən ali təhsil müəssisələrində təhsil haqqı artacaq. Beləliklə, 2020-ci ildən etibarən bakalavriat səviyyəsində hər bir təhsilalana düşən xərclər artıb. Belə ki, 2010 cu ildə təstiq olunmuş xərclərin miqdarı ilə 2020-ci il üçün nəzərdə tutulan xərclər arasında 300 manat və daha çox fərq var”.

Manevr.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Gələn il təhsil haqqı artacaq: Ekspert rəqəmləri açıqladı

Onun sözlərinə görə, 2010-cu ildə bakalavr pilləsində düşən xərclərdə “Müalicə işi” ixtisası üçün 2500 manat müəyyən idisə, 2020-ci il üçün “Müalicə işi” ixtisasına 5400 manat müəyyən olunub. Və ya 2010-cu ildə “Heykəltəraşlıq” ixtisası 2000 manat idisə, 2020-ci ildə 6000 manat olacaq.

Müəllimlik ixtisasları üçün 2010-cu ildə 1500 manat xərclər müəyyənləşmişdisə, 2020-ci ildə bu 1710 və 1850 manat müəyyənləşib:

“Ümumilikdə bütün ixtisaslar üzrə 300 manatdan 2000 manata qədər təhsilalana düşən xərclər artırılıb. Amma bunlar dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərcdir. Yəni ödənişli əsaslarla fərqli rəqmlər ola bilər.

Bu ixtisaslar üzrə dövlət sifarişli qəbul olmuş hər tələbəyə görə büdcədən universitetə bu qədər vəsait ödənəcək. Amma təhsil haqqını universitetlər özü müəyyənləşdirir. Təbii ki, tələbələrin sayının artması ilə xərclərin də azalması mümkündür.

Nəzərə alsaq ki, 2020-ci ildə ödənişsiz plan yerlərinin sayı daha da artacaq, bu artım vətəndaşa o qədər də təsir göstərməyəcək. Yəni 2020-ci ildə plan yerinin 50 faizi pulsuz olacaq. Qısası 2020-ci ildə təhsil haqqında artım olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar