Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ekspertdən təklif: Təhsil haqqını ödəyə bilməyənlər...

Tarix: 21-08-2019 17:47     Baxış: 3263 A- / A+
Ekspertdən təklif: Təhsil haqqını ödəyə bilməyənlər...

Təklif edirəm ki, Təhsil Fondu yaradılsın və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin (qəbul olmuş istənilən şəxs) təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçirilsin.

Manevr.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. Ekspert Azərbaycan Dillər Universitetinə qəbul olan və atası tərəfindən təhsil almasına imkan verilməyən Orxan Bağızadənin yaşadığı problemə əsasən belə bir təklif irəli sürüb.

K.Əsədov bildirib ki, Gənclər Fondu, Maarifçi Kredit Fonu, Bilik Fondu olsa da, aztəminatlı, imkansız şəxslərin ali və orta ixtisas təhsili müəssisələrinə qəbulundan sonra təhsil haqqını ödəməsi problemi hələ də qalır:

“Gənclər Fondu və Maarifçi Kredit Fondu təhsil alan tələbələrin təhsil haqqını ödəmək imkanına malikdir. Amma o da az bir qismin və müsabiqə şərtini ödəyən şəxslərin təhsil haqqını ödəyir. Eyni zamanda bu fondlar xarici ölkələrdə təhsil almağa üz tutan şəxslərin də maliyyələşdirilməsini həyata keçirir. Amma göründüyü kimi, abituriyentlərin tələbəyə çevrildiyi dövrdə onların təhsil haqqının ödənilməsinə dəstək verəcək, kömək edəcək şəxslər, qurumlar, fondlar yoxdur”.

Ekspert bildirib ki, çox şəffaf bir sistem yaratmaq olar:

“Açıq bank hesabı ilə hər kəs müəyyən qədər yardım etsin. Hətta bunun üçün mütəmadi olaraq kampaniyalar da təşkil etmək olar. Təhsil Fondu tərəfindən maliyyələşmə ilə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanması həyata keçirilə bilər. Yəni daha çox sıxıntı ilk təhsil haqqının ödənilməsi ilə bağlı olur. Sonradan hissə-hissə ödəmək imkanı olduğu üçün şəxs tərəfindən ödənilir. Əlbəttə ki, hesabatlılıq əsas şərtdir. Düşünürəm ki, bu layihə qısa müddətdə həyata keçirilsə, yaxşı olar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar