Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərə qeydiyyat başladı - SƏNƏDLƏR

Tarix: 15-08-2019 09:15     Baxış: 4318 A- / A+
Ali məktəblərə qeydiyyat başladı - SƏNƏDLƏR

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan yeni tələbələr bu gündən (şənbə, bazar günləri istisna olmaqla) qeydiyyatdan keçməlidirlər.

Manevr.az xəbər verir ki, tələbələr 2019-cu il avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeydiyyat üçün lazım olan sənədlər:

1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu;
2. 4 foto (ölçü 3x4sm);
3. Tibbi arayış (sağlamlıq haqqında);
4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);
5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;
6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);
7. Ağ qovluq (Sənədlər üçün).
8. Məcburi köçkün vəsiqəsi.

Qeyd 1: 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Qeyd 2: Qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

Qeyd 3: Bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (facebook səhifələrindən həmçinin) əldə edə bilərsiniz.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar