Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent- ŞƏKİL

Tarix: 21-07-2019 19:23     Baxış: 4590 A- / A+
II qrup üzrə 400 bal toplayan yeganə abituriyent- ŞƏKİL

Builki qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərin sayı ötən illərdəkindən xeyli az oldu. II ixtisas qrupu üzrə bu sevindirici və qürurverici nəticəni yalnız 1 abituriyent əldə edib.

Manevr.az azedu.az-a istinadən xəbər verir ki, həmin abituriyent - Səfərov Qorxmaz Seyfəddin oğlu 28 yanvar 2003-cü ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 2019-cu ildə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayon 56 saylı tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. 19 may 2019-cu ildə keçirilən qəbul imtahanlarında Azərbaycan bölməsi, II qrup, B variantı üzrə iştirak edib.

Riyaziyyat, coğrafiya və tarix fənlərinin hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal qazanmağa nail olub. Bir daha xatırladırıq ki, bu göstərici ilə Qorxmaz Səfərov 2019-cu ildə II ixtisas qrupu üzrə yeganə abituriyentdir.

Qorxmaz 14 aprel 2019-cu ildə iştirak etdiyi buraxılış imtahanında da xeyli yüksək – 274.6 bal toplayıb. Beləliklə, o, ixtisas seçiminə olduqca əlverişli bir göstərici olan 674.6 balla gedir.
II qrup üzrə 400 bal toplayan yeganə abituriyent- ŞƏKİL

Bu nailiyyətə qovuşduğu üçün Allaha şükranlığını, valideynlərinə və müəllimlərinə minnətdarlığını dilə gətirən Qorxmaz, imtahanlara hazırlıq dövründə çox da ciddi məhdudiyyətlər yaşamadığını deyib:

"Dərslərə, hazırlıqlara olduqca ciddi, məsuliyyətlə yanaşırdım. Sınaqlarda da yüksək nəticə göstərirdim. Ona görə də valideynlərim məni bəzi əyləncələrimdən məhrum etməyə ehtiyac görmürdülər. Xüsusən də atam orta məktəbin son siniflərinin çox maraqlı bir dövr olduğunu və onları yaddaqalan keçirməyin vacibliyini deyirdi. Gün ərzində vaxtımın bir hissəsini də boş zamanı olan yoldaşlarımla gəzintilərə, söhbətlərə sərf edirdim. Həftədə bir-iki dəfə yığışıb futbol oynayırdıq. Doğma klubumuz olan "Qarabağ”ın oyunlarına hərdən stadionda, bəzən də evdə baxırdım. Çempionlar Liqasının bütün vacib oyunlarını, maraqlı gələn verilişləri izləyirdim. Yaşıdlarımdan bir çoxunun imtahanlra hazırlaşanda bütün bunlardan məhrum olduğunu eşitmişəm. Mən isə imtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”.

Qorxmaz Səfərov iqtisadiyyat-maliyyə üzrə ali təhsil almaq istəyir. Buna görə də UNEC-in – Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmaq arzusundadır. Ona bu istəyinə çataraq, gələcək həyat və fəaliyyət yolunda daha böyük uğurlara imza atmasını arzulayırıq.

Qeyd edək ki, Qorxmaz Səfərov tanınmış redaktor, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin oğludur. Qorxmazın böyük qardaşı Yılmaz Səfərov isə ötən il 642 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu.
II qrup üzrə 400 bal toplayan yeganə abituriyent- ŞƏKİL


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar