Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş nazir oğluna onu müalicə edən iki həkimin adını qoydu

Tarix: 02-05-2020 22:55     Baxış: 3175 A- / A+
Baş nazir oğluna onu müalicə edən iki həkimin adını qoydu

Boris Consonun yeni doğulan övladının adı məlum olub.

Manevr.az xəbər verir ki, bu barədə Boris Consonun nişanlısı Kerri Simonds özünün instagram səhifəsində məlumat verib. Cütlük yeni doğulan övladlarını Vilfred Louri Nikolas Conson adlandırıblar.

K.Simonds yeni doğulan körpəyə Boris Consonun babası Vilfred və özünün babası Lourinin adının verildiyini deyib. Kerri Simonds əlavə edib ki, Nikolas adı isə ötən ay koronavirusa görə reanimasiyada müalicə alan Boris Consonun sağalmasında əvəzsiz rol oynayan Nick adında iki həkimin şərəfinə seçilib.

Xatırladaq ki, Boris Conson aprelin 29-da yenidən ata olub. Baş nazir və K. Simonds ötən ilin sonunda nişanlanıblar. B. Conson “10 Downing Street”də nikahsız yaşayan ilk Baş Nazirdir.

Boris Consonun əvvəlki həyat yoldaşından Lara (26 yaş), Milo (24 yaş), Cassia (22 yaş) və Theodore (20 yaş) adlı övladları var. Britaniya Baş Nazirinin nigahdan kənar 11 yaşlı Stefani adlı başqa bir qızı da var./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar