Sizin Reklam Burada
Xəbər lenti
27 may
26 may
BÜTÜN XƏBƏRLƏR

Almaniya 8 il əvvəl koronavirusun yayılacağını necə bilib? - GİZLİ HESABAT

Tarix: 25-03-2020 19:46     Baxış: 323 A- / A+
Almaniya 8 il əvvəl koronavirusun yayılacağını necə bilib? - GİZLİ HESABAT

Koronavirus - Çinin Vuhan şəhərində başlayan epidemiya qısa müddət ərzində dünyaya yayıldı. Lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yeni mərkəzinin Vuhan deyil, Avropa olduğunu açıqladı. İtaliya, İspaniya və Fransa koronavirusdan ən çox zərər çəkən Avropa ölkələri sırasına daxil olsalar da, Almaniyanın bu mövzuda əzmli mübarizəsi hər kəsi təəccübləndirir.

Manevr.az xəbər verir ki, “Hürriyyət”-dən Ahmet Külahçının yazdığına görə, Almaniyada 2012-ci ilə aid “Xalqı Qoruma Risk Analizi Hesabatı”nda xəyali bir virus əsasında yayılan pandemiyanın ssenarisi yazılıb. Hesabatın “Modi-SARS virusu ilə pandemiya” bölümü bir çox alman səlahiyyətlilərinin töhfələri əsasında, federal səviyyədə Robert Koç İnstitutu tərəfindən hazırlanıb.

21 dekabr 2012-ci ildə Daxili İşlər Nazirliyinin parlamanetə təqdim etdiyi, 3 yanvar 2013-cü il tarixində Federal Hökümətin parlamenti bilgiləndirdiyi hesabatdakı senaridə qeyri-adi yeni hadisənin baş verdiyi əks olunub. Bu xəyali virusa “Modi-SARS” adı verilib. Hesabatda, əvvəlki illərdə H5N1 kimi tanınan “quş qripi” və “HİV” olaraq bilinən “QİÇS” kimi xəstəliklərdən danışılarkən, “Modi-SARS” adlı xəyali virusun Asiyada ortaya çıxacağı və qısa müddətdə bütün dünyaya yayılacağı barədə söylənilən fikirlər diqqət çəkib.

Ssenariyə görə, ÜST xəbərdarlıq etməmişdən öncə, bir çox insan Asiyadan Almaniyaya səyahət edir. Aralarında xeyli sayda virus daşıyıcısı olan insan bu virusu Almaniyaya gətirir. Almaniyada müvafiq bölmələr və səhiyyə sistemi dərhal müdaxilə etsə də, virus çox sürətlə yayıldığı üçün 300 gün ərzində Almaniyada 6 milyon insan “Modi-SARS” epidemiyasına yoluxur. Ssenaridə ilk epidemiya dalğasının ağır keçəcəyi, sonra daha iki, lakin yüngül dalğanın olacağı haqda məlumat da yer alıb. Ölüm və yoluxma hadisələrindən başqa, epidemiyanın ictimai qayda və təhlükəsizliyi sarsıdacağı, ölkə iqtisadiyyatını və siyasi inkişafını alt-üst edəcəyi qeyd olunub.redaktor.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar