Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlarda piylənmənin ƏSAS SƏBƏBİ açıqlandı - Bu "fastfood" deyilmiş...

Tarix: 25-10-2019 19:30     Baxış: 3140 A- / A+
Uşaqlarda piylənmənin ƏSAS SƏBƏBİ açıqlandı - Bu "fastfood" deyilmiş...


Uşaqlardakı piylənmənin əsas səbəbi nə yalnış qidalanmadır, nə kompüter oyunlarına həvəs, nə də valideyn qayğısından məhrum olmaları. Kembric və Yels Universitetlərinin tədqiqatçıları uşaqlarda piylənmənin beyin fəaliyyətilə bağlı olduğunu aşkarlayıblar.

Manevr.az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Oxford Academic" yazır.

Belə ki, alimlər 9-10 yaş arası 2700 uşağı müayinə ediblər. Uşaqların arasında həm normal çəkili, həm artıq çəkisi olanlar olub. Hamısının beyin qabığının qalınlığını ölçülərək bədən çəkisi indeksiylə müqayisə edilib.

Məlum olub ki, çəkisi daha çox olanlarda beyin qabığı (xüsusən beyinin "prefrontal korteks" adlanan bölgəsi) daha nazikdir. Bu məsələ cinsiyyət, yaş, milliyyət, təhsil, və valideynlərin gəlirindən asılı deyil.

Qeyd edək ki, prefrontal bölgə koqnitiv nəzarət funksiyasına cavabdehdir.

Alimlər ümid edir ki, piylənmə olan uşaqların beyin qabığı arıqladıqları zaman qalınlaşacaq, lakin statistikaya əsasən, artıq çəkili olan uşaqların əksəriyyətinin beyni böyük yaşlarda da eyni qalır.

Bütün dünyada 124 milyon uşaq piylənmədən əziyyət çəkir. Bu, onlarda diabet, ürək xəstəlikləri, xərçəng və digər təhlükəli xəstəliklərin yaranma riskini artırır.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, uşaq piylənməsinin profilaktikası üçün yalnız ana südü ilə bəslənmək xeyirlidir. Məktəblilərə yağlı və şəkərli yeməklərdən daha az, meyvə-tərəvəz, qoz-fındıqdan isə daha çox istifadə etmək, həmçinin gündə azı bir saat idmanla məşğul olmaq tövsiyə edilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar