Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İtalyan nazir: "Putin böyük prezidentdir, onunla…"

Tarix: 04-08-2019 12:56     Baxış: 2121 A- / A+
İtalyan nazir: "Putin böyük prezidentdir, onunla…"


İtaliya Baş nazirinin müavini və daxili işlər naziri, "Şimal Liqası" Partiyasının rəhbəri Matteo Salvini Moskva ilə münasibətləri yoluna qoyacağına söz verib.


Bu barədə "Ansa" nəşri yazıb.

"Mən Rusiya ilə yaxşı münasibətlərimizin olması üçün yenə çalışmağa davam edəcəyəm. Putin - böyük prezidentdir. Bu sözləri məhz bu cür düşündüyüm üçün deyirəm, bəzi qəzetlərin yazdığı kimi, bunun qarşılığında onlar mənə pul verməyiblər", - deyə nazir bildirib.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, Matteo Salvininin adı bir neçə ay əvvəl Kremllə qaranlıq əlaqələri olması iddiası ilə siyasi qalmaqal mərkəzinə düşüb. Belə ki, ABŞ-ın "BuzzFeed" saytı 2018-ci il oktyabrın 18-də onun köməkçisinin Moskvada Kremlə yaxın şəxslərlə keçirdiyi görüşün səs yazılarını yayıb.

Almaniyanın "Süddeutsche Zeitung" qəzeti söhbətin 65 miyon dollardan getdiyni xəbər verib. Qəzetin yazdığına görə, ruslar İtaliyanın "Eni" şirkətinə 1,5 milyard dollara 3 milyon ton neft verməli imişlər. Həmin puldan 65 milyonu isə bir növ "komissiya" kimi "Şimal liqası" Partiyasının kassasına girməli imiş.

Yayılan səs yazısının əsas qəhrəmanı, Matteo Salvininin keçmiş mətbuat katibi Canluka Savioni Milanda "Lombardiya-Rossiya" birliyinin də sədridir. Hətta Romada çıxan "la Reppublica" qəzeti Canluka Savionini istehza ilə "Matteo Salvininin Vladimir Putinin sarayındakı köməkçisi" adlandırıb. Burada baş nazir müavininin nümayəndəsi söhbət etdiyi şəxslərə "Yeni Avropa qurmaq istədiklərini və yeni Avropanın Rusiyaya yaxın olmasının zəruri olduğunu" bildirib.

"Şimal liqası" Partiyası haqqındakı bütün iddiaları rədd edərək, bu məlumatı yayanları məhkəməyə verəcəyini bəyan edib. Bununla belə, Milan prokurorluğu Savioni barəsində beynəlxalq korrupsiya şübhəsi üzrə araşdırmaya başlayıb.

Onu da qeyd edək ki, Matteo Salvini ABŞ-ın "Time" jurnalının dərc etdiyi dünyanın ən nüfuzlu şəxslərinin yeni siyahısında yer alıb.

İtaliyanın ilgiornale.it saytının xəbərinə görə, M. Salvini ABŞ Prezidenti Donald Tramp, Papa Frensisk, Braziliya Prezidenti Jair Bolsonaro, Demokratik partiyanın parlamağa başlayan ulduzu Aleksandriya Okasio-Kortes və "Russiagate"nin xüsusi müşaviri Robert Müller kimi nüfuzlu şəxslərlə eyni siyahıda qərarlaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar