Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ ordusunda "ağıllı eynəklər"dən istifadə olunacaq

Tarix: 06-07-2019 09:30     Baxış: 3124 A- / A+
ABŞ ordusunda "ağıllı eynəklər"dən istifadə olunacaq
ABŞ Quru Qoşunları “The Integrated Visual Augmentation System” (IVAS – inteqrasiya edilmiş təkmilləşdirilmiş vizual müşahidə sistemi) sisteminin sınaqlarını keçirir.
Manevr.az “ICTnews”a istinadən xəbər verir ki, eynək şəklində olan sistem hərbi qulluqçular üçün sintetik təlim mühiti yaratmağa imkan verən yüksək texnologiyalı qurğudur. O, məşqlərin xüsusi tədris mərkəzində keçirilməsi zəruriyyətini aradan qaldırır.

Mövcud vəziyyət, bina və ya ərazinin relyefi üzərinə, məsələn, terrorçu təşkilatların nümayəndələri şəklində əlavə informasiya yerləşdirilir. İstifadəçi rəylərinə görə, bu, “Call of Duty” üslubunda olan kompüter oyununa çox bənzəyir. Əlavə təsvir reallığa yaxın görünür.

Məşqlər aparıldıqdan sonra komandirlər “IVAS” tərəfindən qeydə alınan informasiya əsasında hərbçilərin səhvlərini və onların aradan qaldırılma yollarını nümayiş etdirə bilərlər. Sistem, həmçinin döyüş şəraitində istifadə oluna bilər.

Bunun üçün operator silahının nişangahı eynəyə proyeksiya edilir. Eynəyin displeyinə, məsələn, sistemdən istifadə edən hərbçinin, eləcə də düşmənin harada olması barədə dinamik qeydlər daxil edilir.

ABŞ Müdafiə Nazirliyi və “Microsoft” şirkəti arasında “IVAS” sisteminə dair saziş 2018-ci ilin noyabrında imzalanıb. Sazişin ümumi məbləği 480 milyon dollar təşkil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar