Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyatda zaman və məkan məfhumu

Tarix: 03-11-2023 10:18     Baxış: 31 213 A- / A+

Təranə Dəmir


Bəlkə də əsrin ən sürətli dönəmində yaşayırıq. Heç nəyə çata bilmirik.  24 saat quş kimi uçub gedir. Bu gündən sabaha nə keçirə bilirik bəs? Ya da dünəndə əllə tutacaq, gözlə görəcək nəsə qoya bilirikmi? Hamımız 25-ci saatı gözləyirik sanki.. Özümüzü zamanın qıtlığı ilə aldadırıq. Bəlkə biz yaxşı idarəçi deyilik?  Bu sualı özümüzə verməkdən qorxuruq elə bil.  Bəlkə  zaman bizim əlimizdə əsir yesirdi?  Bəlkə saatı dəqiqələrə, saniyələrə bölə bilmirik? Amma yenə də özümüzdə günah görmürük.Bütün günahları zamanın boynuna yıxırıq.Yəqin  belə yaşamaq daha asandı. Nəticədə hər yerə gecikirik. Tələsirik, amma eyni zamanda da gec qalırıq. Sevgiyə gecikirik, yaşamağa gecikirik, azadlığa gecikirik, xoşbəxtliyə, səadətə gecikirik, yazmağa, oxumağa gecikirik. Bizim fikrimizcə biz  sadəcə vaxtın diktəsilə hərəkət edirik. Amma bu ancaq bizim fikrimizdi.Görək zaman da bizim dediyimizi təsdiqləyirmi? Əsla.Zaman əvvəlki vaxtındadı.Biz həmişəki  yerimizdə deyilik sadəcə. Zamanında  ədəbiyyat (antik dövrdən tutmuş müasir dönəmə qədər) həyatın güzgüsü idi. O güzgüdə hər kəs özünü görə bilirdi. İrihəcmli əsərləri belə acgözlüklə, bəlkə də birnəfəsə oxuyub bitirirdik. Neft lampasının  işığında  gecə keçənədək  kitab oxuduğumuz vaxtlar  bəlkə də dünyanın ən aydın, işıqlı  dönəmi idi?  Epopeyalar belə  göz yaddaşımıza hopurdu  ömürlük. Günlərlə gözümüzün qabağında canlanırdı hadisələr. Obrazlarla yatıb dururduq.  Bir əsər  bitməmiş o birinə keçirdik.  Son qəpiyimizi də kitaba verdiyimiz vaxtlar az  olmurdu. Mənəvi tələbatımızı əsərlərlə təmin edirdik.Hətta su kimi, çörək kimi gərəkliydi söz bizimçün. Özümüzü əsər qəhrəmanlarına da bənzətdiyimiz vaxtlar az olmurdu. Bu pisdimi? Bilmirəm.Bircə onu bilirəm ki,  bizim nəsl (70-ci illər )bu baxımdan daha romantik, daha saf, daha  yalansız, boyasız   böyüdü.  Biz ədəbiyyata söykəndik. Sevgimiz də təmiz oldu.Ləkəsiz sevdik. Amma gün üzünə həsrət qaldı bu sevgilər.  İşığa  çıxara  bilmədik. Nəticədə aldandıq. Nağıllara-Əsli və Kərəmlərə-Leyli və Məcnunlara, Fərhad və Şirinlərə inandıq. Anlamadıq ki,  ideal cəmiyyət arzusunda olan yazarın illuziyalarıdı bu oxuduqlarımız. Reallıqsa tamam ayrıdı.Kitablar içimizi aydınlatdı. Bilmədik ki, çöl  çox  qaranlıqdı. İtib batdıq  bu qaranlıqda. Sonra  peşman olduq. Beləliklə sevginin yerini  güvənsizlik, inamsızlıq tutdu. Amma yenə nəsə axtarmağa, nədənsə tutunmağa çalışdıq. Yenə də ədəbiyyata sığındıq.Zaman bizi qovub heç vaxt görmədiyimiz, arzusunda  belə olmadığımız  bir məkana  gətirib çıxardı . Ayaqlaşa bilmədik heçnəylə.    Soyuq, bumbuz dünyaya düşdükcə  özümüzü  tənha hiss etməyə başladıq. Oxuduğumuz  kitablar  köməyimizə gəlmədi. Nəticədə kitab oxumaq  həvəsi sürətlə  azaldı. Hər şeyin asanına qaçmağa cəhd etdik. Birinci    elektron jurnalistikaya keçdik.Hər şey əlimizin altında , düymələrə bir toxunuşumuzla həyata keçməyə başladı. Dünya ovcumuzun içinə düşdü.İnformasiya bolluğunda itib batdıq. Yalanı doğrudan seçə bilmədik.  Sonra  yeni nəsl formalaşdı  .Bizdən fərqli, asana qaçan,  səbirsiz,  çılğın. Bizim  sevə -sevə  oxuduğumuz əsərlər onlarçun  öz aktuallığını və dəyərini itirdi. Yeni təhminələr, əsmərlər, zaurlar, oqtaylar  yarandı. Süni, bəzəkli, dəbdəbəli ədəbiyyatla ayaqlaşa bilmədik. Yorulduq.   Demək  zaman burda da sözünü dedi.  Havadan asılı ədəbiyyat köhnə, köklü ədəbiyyatı itələyə-itələyə sıradan çıxardı. Özünü irəli verdi. (Halbuki bir toxunuşla yerə dəyə bilər) Kitab oxumaq mədəniyyəti arxa plana keçdi.Sosial media evimizin və qəlbimizin hakimi oldu. Kitabxanalar sıradan çıxdı.  Elektron kitabxanalar yarandı. Uzun-uzadı əsərlər oxunaqlığını itirdi. Oxucu  daha çox qısa və konkret yazılar axtarmağa başladı. Hövsələsizləşdi cəmiyyət. Bu boyda  tərəqqinin içində  bəs zaman niyə qısaldı. Niyə heç kim və heç nə  zamana sığmadı bəs ? Axı ağ- qara televiziyanın olduğu vaxtlarda zamanı biz idarə edirdik. Bəs deyincə zamanımız vardı. Oxumağa, çild-cild əsərlər yazmağa, həm də dincəlib  istirahət etməyə, qonaq gedib, qonaq qarşılamağa da yetərincə vaxt  olurdu . Bu boyda sivilizasiyanın və inkişafın olduğu dönəmdə niyə hər şey alayarımçıqdı?  Niyə heç nəyi bitirmək olmur? Göz açıb yumunca ömür bitir sadəcə. Sanki zaman bizi önünə qatıb qovur adını bilmədiyimiz məchulluğa sarı. Hövsələsi olmayanlar, səbri  çatmayanlarsa elə zamandan atır özünü  istəməsə də. Onunçun zaman dayanır, qalanlarçunsa qaldığı yerdən də davam edir. Bu zamana ad qoya bilmirəm nədənsə. Axtara-axtara sonuncu  şeirlər kitabımın adını da "25-ci saat" qoydum. Adını  mən qoydum, ömrünü  oxucu  verəcək  yəqin ki. Yenə   zaman.Amma o zamana hələ çata bilməmişəm. Heç oxucu da o vaxtı tapmır ki," 25- saat"ı  bu baş o baş  səyahət edə bilsin. Qaçırıq hələ ki.  Tanrı  bizi tapanacan vaxt bizimdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar