Xəbər lenti
Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti bahalaşandan sonra məhsulların qiyməti sürətlə artmağa başlayıb.
İqtisadiyyat Nazirliyinin xəbərdarlığına baxmayaraq qiymət artımı qida və dərman məhsullarında müşahidə olunur.
“İstənilən məhsulda və xidmətdə enerji daşıyıcılarının öz yeri var və qiymətlərə təsir edir. İqtisadiyyat Nazirliyinin xəbərdarlığı yersizdir. Çünki bəzi sahələr istisna olmaqla azad bazar prinsipi ilə təzimlənir. Uzun müddətdir bəzi məmurların dilində “süni qiymət artımı” anlayışı var. Həqiqətən də hökumət süni qiymət artımına qarşı mübarizə aparmaq istəyirsə, dərmanlarda olduğu kimi yuxarı qiymət həddi müəyyənləşdirsinlər. Amma bunu da kütləvi şəkildə etmək olmaz. O zaman sovet quruluşu olar, azad bazar iqtisadiyyatından uzağıq”.
Manevr.az xəbər verir ki, bunu bizimyol.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən ölkədə kartel sövdələşməsi olmasıdır: “Yəni sahibkarlar yığılışıb qiymət artımı ilə bağlı qərar verirlər. Monapoliya var. Çox təəssüd ki hökumətin inhisarçılığa qarşı mübarizə aparan qurumu buna fəal cavab vermir.
Dünya bazarında hansısa məhsulun qiyməti artırsa, ölkədə həmin məhsulun qiyməti artırılır. Amma dünya bazarında qiymət ucuzlaşan məhsulun ölkədə qiyməti ucuzlaşmır.
Liberal bazar şəraitinə keçə bilsək, qiymətlər aşağı düşəcək. Lakin yanacağın qiymətinin artması mallarda və xidmətlərdə cüzi qiymət artımına səbəb olur.
Yanacağın qiymətinin artmasından istifadə edən sahibkarlar kartel sövdələşmələri apararaq qiymətləri bahlaşdırırlar”.
Kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alğı satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar