Xəbər lenti
Bir kitablıq sözün yaddaqalan məqamları - Unudulmazlar
Orta məktəbdə tarixi mənə sevdirən müəllimim Vəli Heydərovun akademik səviyyədə olduğunu indi anlayıram
Müəllim – şərəfli adın zirvəsi
…Mənə elə gəlir ki, bu addan müqəddəs yalnız Yaradanımız – Tanrımızdır! Müəllim həyatda sənin ata-anan kimi (bəzən isə, onlardan da öncə) yolgöstərəninə, güvənc yerinə çevrilir, əgər sən də ona sədaqətli bala olmağı bacarırsansa. Bala olmaq isə heç də o demək deyil ki, onun qanını daşıyasan. Elə müəllimlər tanıyıram ki, doğmalarımdam qat-qat əziz və istəkli olub mənə: uğurlarıma qohum-əqrabadan da tez və çox sevinib, qürur duyub.
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi var və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.
Heç də təsadüfi deyil ki, oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Demək, bəşəriyyət müəllimə ali varlıq kimi baxır. Bu əlamətdar gün hər il ölkəmizdə də böyük təntənə və coşğu ilə (ötən ildən savayı) qeyd edilir.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
“Müəllimlər cəmiyyətin memarlarıdır”,- desək, yəqin, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri var.
Ümummilli Liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb və özü də belə deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.
Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
Sözümə bir az əvvəldən, yəni uzaqdan başlamaq istəyirəm. Mən də müəllim əməyinin, zəhmətinin bəhrəsini daddığıma görə, daim onların müqəddəsliyinin təbliğini özümə borc bilmişəm.
Kəlbəcərdə də belə müqəddəslərimiz az olmayıb. Dəfələrlə öz müəllimlərimdən yazsam da, sanki borcumun mində birinə əməl eləməmişəm. Bu yazımda da sevimli, şəxsiyyətinə qibtə etdiyim, “zəhmindən çəkindiyim”, Vətənə vurğunluğundan bəhrələndiyim bir müəllimimi təqdim edirəm.
Azərbaycan xalqının Ulu Öndəri ilə kəlbəcərlilərin geniş tərkibdə növbəti görüşü Kəlbəcərin işğalının 3-4-cü ildönümlərində keçiriləndə Kəlbəcərin Azərbaycan üçün strateji əhəmiyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev kəlbəcərlilər haqqında da fikrini bildirərək dedi: «Hamımız üçün ağır olan bu gündə siz kəlbəcərlilərin arasında olmağımdan, sizinlə görüşümdən çox məmnunam. Sizə öz hörmət və ehtiramımı bildirirəm. Kəlbəcər torpaqlarını qoruyarkən, müdafiə edərkən canlarını qurban vermiş, şəhid olmuş oğullarımızın, qızlarımızın xatirəsi qarşısında baş əyirəm. Allah bütün şəhidlərə rəhmət eləsin! Allah şəhidlərin ailələrinə və xalqımıza səbr versin! Mən əminəm ki, xalqımız, o cümlədən kəlbəcərlilər keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün öz səylərini göstərəcəklər.
Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər; gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.
Kəlbəcərdə yaşayan insanlar da o gözəl təbiətin, məğrur qayaların, dağların təsiri altında daim cəsur olublar. Eyni zamanda, zəkalı olublar, elmə, biliyə, mədəniyyətə həmişə çox böyük maraq göstəriblər. Ona görə də Azərbaycanın ucqar və dağlıq rayonu olan Kəlbəcərdə, eyni zamanda, həmişə yüksək mədəniyyət və yüksək mənəviyyat olmuşdur. Təbiidir ki, Kəlbəcər rayonundan çıxmış adamlar – kəlbəcərlilər Azərbaycanın hər yerində, xüsusən Bakıda ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında özlərinə məxsus görkəmli yer tutmuşlar və ölkəmizin inkişafında öz xidmətlərini göstərmişlər. Bütün bunlara görə Kəlbəcərin dörd il bundan əvvəl işğal edilməsi, düşmən tapdağı altında qalması bizim hər birimizi ağrıdır. Bu, bizim hər birimiz üçün, Azərbaycan xalqı üçün ürək ağrısıdır, böyük dərddir.
Şübhəsiz ki, hər bir kəlbəcərli öz evi, ocağı, əcdadlarının qəbirləri, doğma torpağı haqqında düşünür. Xalqımız, dövlətimiz, o cümlədən mən də bu barədə, həm də Vətənimizin, ölkəmizin parçalanması dərdi barədə düşünürəm»...
Nağılvari ömrümüzdən-günümüzdən...
…Biri var idi, biri yox idi. Yox, bu nağılı yüyürək dillə danışmaq günahdır, çünki böyüklər üçündür. Nağıla dönmüş dünyamızın ala-toranında bir ömür qapısını açmaq istəyirəm, alın yazısını oxumaq üçün. Bilmirəm oxuya biləcəyəmmi?! Qədrini qədərincə bilmədiyimiz ömür yollarımıza kölgə salan, uğurlar diləyən hansı ağacın budağı olması və rişəsinin toprağın neçənci qatına işlədiyini
öyrənmək də elə nağıllara baş vurmaq deməkdir. Ömrümüz də nağıllaşır, dastanlaşır, sonralar onu əfsanəyə oxşadırlar, çünki sonradan yaşananlar dünənkindən tamamilə fərqli olur. Bu gün də həmin hisslərin qurbanlarıyıq. İnana bilməzdik ki, burada oturub dünyanın o başı ilə mobil telefonla, hətta, görüntülü danışa, səsi eşidə bilərik. Biz nəsil radio-televiziyaya möcüzə kimi baxmadığımız kimi, bizdən sonrakılar, nəvə-nəticələrimiz də bugünkü inkişafı “gerilik” adlandıra bilər.
Nağılabənzər bir ömrün yaddaqalanlarını xatirəyə çevirmək üçün əlimə qələm alıb, dünəninə boylanıram. Dünənimiz isə neçə-neçə zirvəsi dumanlı dağların o üzündə qalıb…
Qəriblikdə yaşamağa öyrəşdik...
Deyirlər ki, qəriblər kövrək olar, onları dindirəndə ehtiyatlı olmalısınız. Kövrək günlərimiz aylara, illərə qovuşdu, amma kövrəkliyimiz azalmadı. Bu kövrəklik qəlbimizdən ruhumuza hopdu. Yox, deyəsən, bir balaca yanıldım. Elə bil ki, qəriblikdə yaşamağa öyrəşdik. Vaxt var idi ki, bir-birini bir gün, bir həftə görməyəndə qəribsəyən kəlbəcərlilər 28 ildir ki, bir-birinin üzünü görmür, xeyir-şərində istədikləri kimi iştirak eləmir, dözürlər. Amma, buna dözümlülük deməzdim. Dözümümüz azalıb, rəngimiz də ona görə sozalıb.
Ağlımıza gəlmir ki, illər keçdikcə qəriblikdə qocalırıq, qocalarımız azaldığı kimi, bizim də günümüzün, saatımızın, dəqiqəmizin sanı və sayı azalır. Kəlbəcərdən gələndə dili söz tuta bilməyən körpələr bu gün dərd-sərini, ayrılıqdan yara bağlamış qəlbini ovundurmaqla məşğuldur.
Kəlbəcər şəhərinin ikiaddımlığındakı Otaqlı kəndindən gəlib 2 nömrəli şəhər orta məktəbində oxuyanda (bizim kəndlə rayon mərkəzinin arası 3-4 km ola, ya olmayaydı) dərsdən çıxıb evimizə gedənədək özümü qəriblikdə hiss edirdim. Bu dözümsüzlük hissi orta məktəbi bitirib, Gəncədə hələ texnikumda oxuyub, yaşayıb işləyəndə də, sonralar Bakıda ali məktəbdə təhsil alanda da məni buraxmadı. Sən demə, doğmalardan illər ayrısı düşmək əzabı məni və bizləri qabaqda gözləyirmiş.
Rayonda orta məktəbdə oxuyurdum. Dərsdən çıxıb evə gedəndə Dördyol dediyimiz mərkəzi küçənin İstisu qəsəbəsinə dönən yerində Aşıq Şəmşir adına mədəniyyət evinə daş pillələrlə enib-qalxanlara bir uşaq həvəsi və qibtəsi ilə baxardım. Fikirləşərdim ki, bu binaya girmək üçün mütləq sənin istedadın olmalıdır. Arzulayardım ki, kaş, nə zamansa mən də o pilləkənlərl heç olmasa, ən kiçik vəzifədə çalışan adi işçi kimi qalxaydım. Səhnəyə çıxmaq arzusu onda sonra baş qaldırmışdı qəlbimdə, əslində, tarixçi olmaq, doğulduğum yurdun əfsanəlşmiş dünənini reallıqla qələmə almaq, sonrakı nəsillərimizə çatdırmaq olub arzularımın ilki, qaranquşu. Ona görə ki, ulu bablarımın Otaqlı kəndində tapıb, içərisində yuva qurduğu Evdamı alban-alpanların yadigarı idi. Demək, tariximiz də əfsanələşmişdir...
Doğrusu, həmin pillələri də qalxdım. Üstəlik, səhnədən arzu-diləklərimi də geniş tamaşaçılara çatdırdm. Hətta, bir zamanlar dəbdə olan kütləvi tədbirlərin aparıcılığı mənə həvalə ediləndə kövrəldiyim və qəhərləndiyim anlar da az olmadı. Sən demə, həyatımın enişli-yoxuşlu pillələrini atırmışam. Sonralar səsləri paytaxt
Bakıdan gələn şair, yazıçı, aktyorlarımıza yaxınlaşmaq, onlarla həmsöhbətə çevrilmək istəyim baş tutanda da həmin hisslər məni tərk etməyib. Bakıda «Azərbaycan» nəşriyyatının qarşısından keçərkən oradan çıxan və ya içəri daxil olan tanınmışları kənardan seyr etmək kimi bir şərəfə çatanda sanki bir boy da ucalmışam. Onlarla həmsöhbətə çevriləndə sadəliklərinə, böyüklüklərinə, alicənablıqlarına baxanda bir boy qısalmışam ki, axı, onlar hara, mən hara…
Hər bir kəlbəcərli Kəlbəcər deməkdir
Bu da Kəlbəcərsizlik illərimizin 28-ci döngəsi. Kəlbəcərdən didərgin düşəndə hansımızın ağlına gələrdi ki, onun dünəni haqqında oturub kitab-dəftər yaza bilərik?! Heç kimin də ağlına gəlməzdi. Çünki amansız Murovdağ kəlbəcərliləri özü məhv edirdi ki, qaçqınlıq-köçknlük kimi zərbəni, təhqir-töhməti yaşamağa məhkum olmayaq.
Kəlbəcərdən sonra o əvəzi olmayan cənnətimizin saf əqidəli insanları haqqında çox düşünüb, qələmə aldıqlarım az olmayıb. Əslində, onlradan yazmaqla Kəlbəcəri təqdim eləməyə çalışmışam. Çünki hər bir kəlbəcərli Kəlbəcər deməkdir. O, sözün əzəməti qədər ucadır, qocadır, uşaq olsalar da belə.
Müəllimlərə xüsusi diqqətimin səbəbini yuxarıda ötəri də olsa, qeyd elədim. Müəllim kimi şərəfli peşə tanımıram, çünki bütün peşələrin mütəxəssislərini müəllim yetişdirir, hətta, Ulu Öndərimizi, Prezidentimizi - bizə Qarabağda Zəfər sevincini yaşadan Ali Baş Komandanımızı da...
İbtidai sinif müəllimim olmuş Nəcəf Şirinovdan başlamış, rejissorluğu, aktyorluğu, sonra isə jurnalistliyin sirlərini mənə öyrədən bütün müəllimlərimi (əlbəttə, bu ada şərəf gətirənləri) həmişə anmışam, xatırlamışam, örnək göstərmişəm. Müəllimlərimə olan sevgim mənə “Şərəfli ömürlərin işıqlı yolları” bədii-publisistik kitabı buraxmağıma səbəb oldu ki, o da didərginlik ömrü yaşayan müəllimlərin şərəfinə həsr edildi. Kəlbəcərdə mənə orta məktəbdə dərs deyən də, deməyən də, müəllimlərimi heç vaxt unutmadım. Bəziləri haqqında gücüm yetən qədər yazdım, tanıtdım. Şagird kimi, yazdığım məqalələr qarşısında suala da dönən anlarım oldu.
Bu dəfə də həmin hisslərlə baş-başa daha bir müəllimim haqqında ürəyimdən keçənləri, xatırladıqlarımı, yaddaşıma güvənib qələmə alıram. O, şəxsiyyətdir, sözün həqiqi mənasında. Ona təəssüf edirəm ki, bəzi müəllimlərimiz haqqında geninə-boluna, bəzən də boğazdan yuxarı, nəyin və kimlərinsə xatirinə, müəllim olmayanı belə bu şərəfli ad altında “tərifini ala buluda çıxarmışıq”. Lakin Kəlbəcər şəhər 2 nömrəli orta məktəbin tarix müəllimlərindən biri olmuş Heydərov Vəli Calal oğlunun adını dilimizə, qələmimizə gətirməmişik. Nədən?! Ailəsi bizdən xahişmi etməliydi?! Ya da oğul-uşaqlarından yarınmağımız üçün vəzifəlimi olmalı idi?! Bax, belə günahlarımız da az olmayıb: birinin tərifini göylərə qaldıranda belə sakitlərimiz, özlərini gözə soxmağı bacarmayan, şəxsiyyətini hər ad-sandan, şan-şöhrətdən uca bilənlərimiz kölgədə qalıb, qıslıb bir küncə, bizim kimi qələm adamlarının insafının, vicdanının nə vaxtsa oyanacığını gözləyiblər.
Kəlbəcəri tanıyan və tanımayanlara bir ünvan göstərmək istəyirəm. Çünki indi Kəlbəcər şəhərində nə həmin məktəblərimiz qalıb, nə də məhəllə-məhəllə evlərimiz.
Vəli Heydərovun qısa tərcümeyihalını birlikdə oxuyaq, sonra Kəlbəcər şəhər 2 nömrəli orta məktəbə və müəllimimin Azadlıq prospektindəki (Kəlbəcər şəhərinin yalnız bir mərkəzi küçəsi var idi - şəhərin girəcəyindən - abidənin yanından başlayaraq, “Yeni şəhər”ədək uzanırdı. Adı əvvəlcə Lenin prospekti idi, müstəqilliyimizin bərpasından sonra Azadlıq qoyulmuşdu, indi əsər-əlamət belə yoxdu, ermənilər silib yer üzündən) evinə tərəf piyada gedərik ki, bəzi məhlələri də sizə göstərərəm.
... Bu yazının qələmə alınmasında mənə mənəvi dəstək olan, Vəli müəllimin qardaşı Əli əminin qızı Nailə müəllimə Heydərova yazır: “... Qayğıkeş ailə başçısı, çox savadlı müəllim, el ağsaqqalı Vəli Calal oğlu Heydərov 1938-ci ildə Kəlbəcərdə anadan olmuşdu. Səkkizillik təhsilini Kəlbəcər qəsəbə 1 N-li məktəbində almışdı. 1956-cı ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub. 1958-ci ildə oranı “Fərqlənmə” diploma ilə bitirərək, Kəlbəcərə, ilk təhsil aldığı 1 N-li məktəbə qayıtmşdı. Orada ibtidai sinif müəllimi kimi işə başlamışdı.
Müəllimlik peşəsini sevdiyinə görə, fəaliyyətə başlayandan diqqəti özünə çəkdi. Bu diqqət yalnız dərs dediyi şagirdləri, ya da ki, onların ata-anasının deyildi, həm də rayon maarif şöbəsinin rəhbərliyi tərəfindən göstərilmişdi.
Ali təhsil almaq Vəli əmimin arzusu olub. Ona görə də o, pedaqoji fəaliyyətlə məşğul ola-ola öz üzərində çalışıb. Nəticəsi sevindirici olub. O, sevdiyi peşə ixtisasının incəliklərini öyrənmək üçün fürsət qazanıb: 1966-cı ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olub. 1972-ci ildə ali təhsilini başa vuran Vəli Heydərov yenə də öz doğma yurduna, Kəlbəcərə qayıdıb. Kəlbəcər qəsəbə 2 nömrəli orta məktəbinə tarix müəllimi təyin edilib. İctimai fəallığı ilə diqqəti çəkdiyi üçün qısa zamanda məktəb ilk partiya təşkilatının katibi kimi ciddi, məsuliyyətli ictimai vəzifə ona həvalə edilib”.
Mən də nailə müəllimənin FS-səhifəsindən oxuduğum bu bir bənd qoşmasını bura bənd edirəm. Yəni, Nailə müəllimə Qəmkeşin nəslindən olduğunu unutmayıb. Tanrının verdiyi qələm və sözdən uzaq deyil:
“Apar bulaqların üstünə məni.
Ver orda soyuğa,çiskinə məni.
Qaçqınlıq salıbdı pis günə məni.
Bu pis günlərimdən tez qopar məni
A dağlar yanına gəl apar məni…”
Süngüyə çevrilib qan ağlayan qələm…
…Bu da illərlə həsrətini çəkdiyimiz Kəlbəcər. Burada doğulmayan, amma həsrətini çəkənlərə tanışlıq üçün deyək ki, şəhər iki dağ çağyının arasında, sıldırım qayaların üsütündəki ensiz düzənlikdə salınıb. Tarixi minilliklərə gedib çıxan Kəlbəcərdə son məskunlaşma 500-600 ili əhatə edir. Dəfələrlə qəfil hücumlara məruz qalan Kəlbəcərdə sovetləşmə də asan başa gəlməyib. Bu tarixi yurdun qocaman nəsillərindən biri Məmməduşağıdır ki, Vəli müəllim də məhz o tayfadan boy verən ziyalılardan biri kimi tanınırdı.
Mənim yuxarı siniflərdə tarix müəllimim olan Vəli Heydərovu digər həmkarlarından fərqləndirən onun digərlərinkindən fərqli xarakteri idi. İxtisasını kamil bilən müəllimimin dəsrləri də fərqlənirdi. Əslində, elə müəllimləri orta məktəbdə şagirdlər bir qədər sevə bilmirlər, çünki ciddi və tələbkar olurlar. Həmin məktəbdə də “Qara Bəhmən”, direktor Azay Rəhimov, İsmayıl Camalov, Qədim Məmmədov, Nəcəf Məmmədov, Əmrullah Quliyev, Əhməd Fətəliyev, İdris Verdiyev, Ədil Cəfərov… kimi şagirdlərinin və məktəb kollektivinin sevimlisinə çevrilən, sayılıb-seçilən müəllimlər az deyildi.
Vəli müəllimin haqqında xüsusi söz açmağım isə təsadüfi deyil. Biz öz tariximizi bilmirdik. Orta məktəbdə (elə ali məktəbdə də) bizə dünya tarixini, Rusiyanın… saxta tarixlərini keçirdilər. Azərbaycan tarixini isə Vəli müəllim kitabdan-dəftərdən yox, özünün başqa mənbələrdən öyrəndiklərini deyir, başa salırdı. Bax, buna görə də mən tarix müəllimimi çox istəyirdim. Balalarını da, ailəsini də yaxından tanıyırdım, sonralar, mən ailə qurduqdan sonra qonşu olmağımız da bizi bir-birimizə daha yaxından bələd olmağa imkan yaratdı. Lakin ali təhsil alıb rayona qayıdanda dil-ədəbiyyat, coğrafiya, riyaziyyat… hətta, kimya müəllimim Məcid də məndən incik düşdülər ki, niyə onların ixtisasını seçməmişəm. Lakin, bu da bir tale məsələsiydi. Budur, 30 ildir ki, əlimdə qələm Kəlbəcərin ictimai-siyasi, eləcə də ədəbi dünyasını araşdırır, yazıram. Bu, elə həmin müəllimlərimin mənə çəkdikləri əziyyətin nəticəsidir. Dünyadan köçənlərinin ruhu şad olsun, qalanlara cansağlığı diləyirəm. Mən öz istəyimlə aktyorluq-rejissorluq, sonradan isə jurnalistlik peşəsini seçib həyatımı həsr etmədim. Sanki ömrümün dolaylarında bu yollardan keçməli idim. Kəbəcərdə Xalq Teatrı yaratmağa başlayanda rayon işğal edildi. Kəlbəcər torpaq uğrunda şəhid verəndə qələmim süngüyə çevrilsə də, qan ağladı…
Vəli müəllimin ailəsində nə var-nə yox…
İki oğlu, üç qızı var. Demək olar ki, ailədə boy atanların hamısı da müəllimlik peşəsinə bağlanıblar. Ata yolunun müqəddəsliyi bu ailədə unudulmayıb: qızları Qəmər, Mərmər, Qətibə xanım, həmçinin oğlanları Calalla Nizami pedaqoji fəaliyyətlə məşğuldurlar. Nizami Heydərov Kəlbəcər məktəblərinin birinin direktorudur. Ömür-gün yoldaşı Zərifə xala Vəli müəllimdən sonra nəvələrini başına cəm edib, Kəlbəcərə dönəcəkləri günü sayır, onlara o əlçatmazlıqlar barədə nağıl, əfsanəyə bənzər hekayələr danışır.
Böyük oğlu Calal Heydərov mənə yazdığı qısa məlumatda qeyd edir ki, atası, mənim isə sevimli müəllimim Vəli Heydərov çalışdığı pedaqoji və şagird kollektivinin rəğbətini qazanmaqla ürəklərə yol tapıb. O, həmçinin respublika Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl maarif xadimi”, “Sosializm yarışının qalibi”, “Baş müəllim”, “Metodist müəllim” kimi fəxri adlara da layiq görülüb.
Kəlbəcərsizlik Vəli müəllimi də doğma yurdundan və sevimli məktəbindən uzaq saldı. 1993-cü ilin aprel ayından, yəni Kəlbəcərdən didərgin düşdükdən sonra bir müddət Naftalan şəhərində müvəqqəti məskunlaşdığı üçün 28 N-li Kəlbəcər tam
orta məktəbində çalışdı. Müəllimimin son iş yeri isə 122 nömrəli Kəlbəcər tam orta məktəbi oldu. 2010-cu ildən təqaüdə çıxan Vəli Heydərov da kəlbəcərsizliyə dözə bilmədi. Tərki-vətənlik, yurd-yuvasızlıq digər kəlbəcərlilərimiz kimi, 2018-ci il dekabrın 19-da ulu Gəncədə onun da ömrünə son nöqtə qoydu.
Dərd budur ki, dərs dediyi hər bir şagirdin qəlbində özünə abidə ucaldan müəllimlərimiz dünyadan köçəndə son ehtiramımızı bildirə bilmirik. Axı, Vəli müəllim kimi ziyalılarımız ömürlərini yeni nəsillərin yalnız təlim-tərbiyəsinə deyil, həm də Vətəni sevməyə, onun tarixini bilməyə həsr edib.
Budur, Kəlbəcərdən didərgin düşdüyümüz illərin bizə verdiyi dərdlərdən biri: ayrılıq var, ölümdən də betərdi.
Orta məktəbdə yaxşı oxuyan şagirdlərini öz balası kimi çox istəyən Vəli müəllim rayonda istər mədəniyyət evində, istərsə də “Yenilik” qəzeti redaksiyasında çalışanda necə fərhlə mənimlə görüşdüyünü unuda bilərəmmi? Mühasirə, işğal, ölüm-itim imkan vermədi ki, müəllimlərimi ürəyim istədiyi, layiq olduqları səviyyədə xalqa təqdim edək. Axı, onların hər biri, eləcə də Vəli müəllim buna layiq idi. Qədim müəllimin şəhid balasından yazanda necə uşaqlaşdığının şahidi olanda ölüb-dirilirdim. İsmayıl Camalov mənim haqqımda yazdığı məqaləyə bilirsizmi nə ad vermişdi: “Müəllim də şagirdi qarşısında imtahan verərmiş“. Bədii yaradıcılığına həsr elədiyimiz kitabını buraxanda bir daha duydum ki, doğrudan müəllim də öz şagirdi qarşısında imtahan verirmiş.
Sinəm dərd-sərini açır bu gecə
Bəli, belə unudulmaz müəllimlərimizin hesabına cəmiyyətdə mövqe tuturuqsa, Ulu Öndər müəllimini özündən yuxarı hesab etdiyini dilə gətirirsə, biz nədən öz mənəvi borcumuzu verməyək ki?
Vəli müəllim mənim üçün elə Kəlbəcərdəki kimi, ağıryerişli, qürurlu, “zəhmli”, qətiyyətli, yeri gələndə isə sakit, təmkinli olduğu qədər də daxili fırtınalarla dolu dərya kimidir. Onun həyatda olmamasına inanmaram. O, var! Olacaq və qəlbimizdə yaşayacaq!
Müəllimimin şərəfli ömür yolunu sona kimi təngnəfəs gəldim, bilmirəm ki, hansı döngələrdə oturub nəfəsimi dərdim. Bircə onu bilirəm ki, mən Onunla canlı kimi danışıram.
Vəli müəllimin balaları, Zərifə xala, siz heç düşünməyin ki, bizim sevimli müəllimimiz yanımızda deyil. Yanımızda deyil, canımızda, qəlbimizdə, ruhumuzdadır, böyüyümüz kimi. Böyüklükdən əskik olmadı heç vaxt! Siz də müəllimimizin müqəddəs ruhunu Kəlbəcərin səmalarında axtarın! O, bizdən etibarlı imiş, atam Nəriman, anam Güllər, Kəlbəcərsizliyə dözməyən neçə-neçə kəlbəcərlilərimiz - Bəhmənimiz, Sücaətimiz, Qəmkeşimiz, Aşıq Xalıqverdimiz, adlarını çəkə bilmədiyim, şərəfli ömür yollarından 30-dək kitab yazdığım şəhidlərimiz kimi…
Bu sonluğu bir şeirlə bitirmək də mənim qələm və qəlb borcum olsun:
Xəyalım dolanır, fikrim perikir,
Ruhum o dağlara uçur bu gecə.
Yuxum ərşə qalxıb ah-nalə kimi,
Sinəm dərd-sərini açır bu gecə.
Qələmimə qüvvət, dilimə qurban,
Məni yetişdirən elimə qurban.
Dağda çəmənimə, gülümə qurban,
Dərdlərim üstümə qaçır bu gecə...
Kəlbəcər qışda da gülüstan idi,
Bu hüsnü dillərdə bir dastan idi.
Məhəmməd, bir barlı bağ-bostan idi,
Talanıb, dağılıb uçur bu gecə...
Məhəmməd NƏRİMANOĞLU,
Bakı şəhəri, 11 yanvar 2021-cil
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar