Xəbər lenti
Qafandan reportaj - “Azərbaycanlılar çayın o biri tərəfində...“
Ermənistanla sərhədi demarkasiyası olunduqca Azərbaycan öz ərazisinə nəzarəti ələ alır. "Azadlıq" radiosunun əməkdaşı Neyl Hauer vaxtilə iki sovet respublikası arasında az qala mənasız hesab edilən ayırıcı xəttin indi regionda gərginliyi alovlandırdığını yazır.
Müxbir Ermənistanın cənubundakı Gorus şəhərindən 10 km cənubda dağıdılmış, viran qoyulmuş evlərin qalıqlarının göründüyünü qeyd edir. Burası Azərbaycanın Eyvazlı kəndidir.
“Əslində, ondan geriyə çox şey qalmasa da, iki tarixi rəqib arasındakı son gərginliyin mərkəzində dayanır”, – məqalədə deyilir.
Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan son 27 ildə işğal altına qalmış Qubadlı və Zəngilan rayonlarına nəzarəti ələ aldı.
Syunik isə Ermənistanın mərkəzindən İrana qədər uzanır, hər iki tərəf Azərbaycan ərazisidir. Azərbaycanda bu əraziyə Zəngəzur mahalı deyirlər. Syunikin iki böyük şəhəri Gorusla Qafanı birləşdirən magistral yolun bir hissəsi də Eyvazlıdan keçir.
Dekabrın 13-də Syunikin paytaxtı Qafan yaxınlığında bir kənddə Ermənistan və Azərbaycan hərbçiləri arasında atışma olduğu bildirilir. Qafanın meri Gevorq Parsyan bir gün sonra deyib ki, azərbaycanlı əsgərlər yaxınlaşdığından erməni “müdafiəçilər” havaya atəş açıblar. “Azərbaycanlılar cavab atəşi açmayıblar”, – o vurğulayıb.
Parsyan deyib ki, Qafanın son məhəlləsi sərhədin bircə kilometrliyindədir və “biz artıq bunun təhlükəsini hiss edirik”. Qafan aeroportu isə daha yaxındır. Sovet dönəmindən istifadə olunmayan aeroportun açılacağı xəbəri dəfələrlə yayılıb. Təzəlikcə yeni terminal da tikilib.
“Azərbaycanlılar çayın o biri tərəfindədir. Təzə aeroport Qafan üçün böyük üstünlük olardı, amma indi o qədər də təhlükəsiz sayılmır”, – mer belə deyib.
Sərhəd məsələsi, 10 noyabr atəşkəs bəyanatı Syuniki Baş nazir Nikol Paşinyanın qatı tənqidçisinə çevrilib. Beş böyük şəhərin merləri Paşinyanın istefasını tələb ediblər, yerli sakinlər onun dekabrın 21-də Syunikə səfəri zamanı yolu bağlayıblar və baş nazir Yerevana qayıtmalı olub.
Müxbir yazır ki, məyusluq Qafanı və digər icmaları Rusiyadan kömək ummağa sövq edib. Atəşkəs bəyanatından sonra regiona yerləşdirilmiş iki minəcən rus hərbçisinin bir qismi Ermənistanın cənub-şərq sərhədini qoruyur – təxminən 188 nəfər.
Onlardan bəziləri Qafan-Gorus yoluna yerləşdirilib.
“Rusiyalılarla əlaqə saxlayırıq. Təhlükəsizliyimizi təmin etməyə söz veriblər”, – Parsyan deyib.
Müəllif Syunikin başqa bir kəndi – Davud Bəydə də gərginliyin qaldığını yazır. Kəndə erməni hərbçiləri yerləşdirilib. Bir erməni əsgər Azərbaycan sərhədçilərinin 1.5 kilometrlikdə olduğunu deyib.
Ancaq Syunikdəki merlərdən fərqli olaraq bu kənddə yaşayanlar baş naziri söymürlər.
“Bu saziş dostlarımızı xilas elədi. Biz əhalimizin yaşaması üçün savaşdıq. Şükr Allaha, onların çoxu yaşayır”, – bir komandir atəşkəs bəyanatı haqda bunları deyib.
Yanvarın 4-də David Bəy kəndindən 10 km şimal-qərbdə yerləşən Şurnuxda 12-dan çox ev Azərbaycanın nəzarətinə qaytarılıb.
Ancaq təhvil verilənəcən bu evlərə də od vurulub. Ermənilər Kəlbəcəri, Dağlıq Qarabağın digər yerlərini Azərbaycana qaytaranda da mülkləri yandırmış, yararsız hala salmışdılar./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar