Xəbər lenti
Deputat: “Elə etməliyik ki, təhsil sahəsində karantin rejimi yenidən sərtləşdirilməsin”
“Məktəblər insanların koronavirus epidemiyasına yoluxma üçün ən münbit sosial məkanlardan biridir. Çünki məktəblər insanların çox toplaşdığı yer olunduğundan virusa yoluxma ehtimalı da burada faiz etibarı ilə çox ola bilər. Odur ki, qaydalara ciddi riayət etməliyik. Qaydalara riayət etməklə məktəblərdə zəruri infrastruktur yaradılmalıdır”.
Manevr.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
Onun sözlərinə görə, bildiyiniz kimi Qubada da hansısa formada qaydalara riayət edilməməsi nəticəsində müəllim və şagirdlər arasında virusa yoluxma halları qeydə alınıb. “Cənab Prezidentin bir sözünü yada salaq. Bildirib ki, virusa qarşı effektiv mübarizə aparmaq üçün dövlət tərəfindən bütün zəruri addımlar həyata keçirilir. Bircə qalır bizim sosial məsuliyyətimiz. Hesab edirəm ki, müəllimlər də bu məsələdə diqqətli olmalıdırlar. Elə etməliyik ki, nəticədə sərt addımlar atılmasın”- deputat qeyd edib.
Deputatın fikrincə, biz karantin rejimin sərtləşdiirlməsinə yox, daha çox yumşaldılmasına nail olmalıyıq: “Əgər yumşaldılmaya gediriksə, o zaman sosial məsuliyyətə ciddi qaydada riayət etməliyik ki, yenidən sərtləşdirmə istiqamətində düşünülməsin və ya addımlar atılmasın. Hazırda toyların başlamsı ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Lakin vəziyyətə uyğun olaraq addımların atılması istiqamətində düşünülür. Cənab Prezident də pandemiya ilə mübarizə çərçivəsində toplantıda qeyd edib ki, iri ticarət mərkəzləri, şadlıq sarayları, digər xidmət sahələri ancaq pandemiyanın tələblərinə uyğun şəkildə şərait yaradıldığı təqdirdə fəaliyyətə başlaya bilər. Toy keçirməyin də öz şərtləri olmalıdır. Elə emtək lazımdır ki, belə tədriblər virusa yoluxma sayının artmasına səbəb olmasın. Bu eyni zamanda məktəblərə də aiddir. Hnası ki, qaydalara riayət edilmədiyindən virusa yoluxma halları qeyd alınır. Odur ki, biz elə etməliyik ki, virusa yoluxma halı minimuma ensin”.
Məktəblərdə dərslərin dayandırılmasının tərəfdarı olmayan millət vəkili bildirib ki, hansısa digər sahədə karantin rejiminin tətbiqi qaydalarını sərtləşdirə bilərik, amma məktəblərdə tədrisin dayandırılmasına yol vermək olmaz: “Əvvəlki kimi sərt karantin rejiminə qaydılmasını istəmirəm. Təhsilin dayandırılması gələcəkdə on illik inkişafımızı geri atacaq. Amma bununla belə hesab edirəm ki, virusa yoluxma qeydə alınan məktəblərdə tədris dayandırılıb onlayn tədris tətbiq oluna bilər. Amma bütün respublika üzrə tədrisin dayandırılın distant təhsilə keçirilməsi düzgün yanaşma deyil. Hesab edirəm ki, bütün bunlar Operativ Qərargah tərəfindən ciddi təhlil olunaraq müvafiq qərarlar veriləcək”.
Deputat onu da bildirib ki, təhsildə tədrisin davam etdirilməsi üçün insanlarımız sosial məsuliyyətini nümayiş etdirməklə yanaşı, dövlət də bu istiqamətdə bütün gücünü səfərbər etməlidir: “İnfratrukturunda ən xırda çatışmazlıq olan məktəblərdə, xüsusən kənd məktəblərində su problemi həllini tapmalıdır. Bir sıra kənd məktəblərindən bir deputat olaraq su problemi ilə bağlı müraciətlər olunur. Məktəbdə su olmadığı təqdirdə də pandemiyaya qarşı qaydalara riayət etmək mümkün deyil. Odur ki, bu istiqamətdə monitorinq həyata keçirilib məktəblərin su problemi aradan qaldırılmalıdır. Digər vacib məsələ isə onlayn tədrisi həyata keçirmək üçün insanların keyfiyyətli internetlə təmin edilməsidir. Bu sahədə də ciddi problemlər mövcuddur. Buna baxmaq lazımdır. Bir daha qeyd edirəm ki, hnası sa sahədə geriləyə bilərik, ancaq təhsildə geriləməyə yol vermək olmaz. Təhsil bizim gələcəyimizdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar