Xəbər lenti
Qadağan olunmuş bu məhsullar məktəblərə necə yol tapır? - Valideynlərə xəbərdarlıq
Bu gün ən vacib məsələlərdən biri də orta məktəblərin yaxınlığında və məktəb bufetlərində, xüsusən də evdə hazırlanan un məmulatlarının və digər yeyinti məhsullarının satışıdır. Valideynləri qidanın tərkibi ilə yanaşı, onun düzgün formada daşınması, əhalinin həssas təbəqəsinə - uşaqlara təklif olunan məhsulları satanların həkim nəzarətindən keçib-keçməməsi kimi bir çox məsələlər narahat edir.
Bəzi məktəb yeməkxanalarında uşaqlara dönər, mayonez ilə salat təklif olunur. Amma əksər ölkələrdə mayonez risk qrupuna aid edilib və məktəbdə qidalanma sistemində satışına qadağa qoyulub. Sadalanan bu məsələlərə ciddi nəzarət olunmasa, yaranmış nəzarətsiz mənzərə sui-istifadə və cinayət əməlləri üçün geniş meydan yaradır və bu da dəhşətli nəticələrə səbəb ola bilər.
Bəs məktəblərdə ərzaq məhsullarına (kökə və digər un məmulatlarının) hansı qurumun nəzarət edir və ya etməlidir? Bu qidaların satıcılarında uyğunluq sertifikatları varmı və bu qidalar uşaqların sağlamlığı və həyatı üçün nə dərəcədə təhlükəsizdir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a danışan təhsil eksperti Kamran Əsədov bu sahədəki çatışmazlıqları qeyd edib:
“Təəssüflər olsun ki, bu gün ölkəmizdə fəaliyyət göstərən 4447 orta ümumitəhsil məktəblərinin hər birində bufetlərə nəzarət demək olar ki, heç yoxdur. Halbuki qanunvericiliyin tələbinə görə, 2011-ci ildə Gigiyena və Epidemiologiya idarəsi orta məktəblərdə hansı qidaların satıla biləcəyini, hansı qidaların satıla bilməyəcəyi barəsində bir siyahı hazırlamışdı. Yəni qanunvericiliyin tələbinə görə, evdə bişirilmiş, hisə verilmiş qidaların, kolbasa, ət məmulatlarının, gec xarab olan məhsulların və qazlı içkilərin (kola, fanta və s.) orta ümumitəhsil məktəblərində satılmasına bir mənalı olaraq, icazə verilmir. Bu məhsullar nəinki orada satılmaq, hətta oraya ayaq belə açmamalıdırlar. Ona görə ki, onlar inkişaf dövrlərindədirlər. Onlar sağlam qidalanmasalar, müxtəlif xəstəliklər yarana bilər və yaxud da biz müşahidə edirik ki, uşaqlarda boylarının artmaması, kilolarının həddən artıq olması və s. problemləri var.
Amma aparılan monitorinqlər onu göstərir ki, orta ümumitəhsil məktəblərin hər birində çox vaxt elə qadağan edilmiş məhsullar satılır. Məktəblərdə pirojki və buna bərabər tutulan yağda bişirilmiş qidalar satıla bilməz. Amma biz məktəbə daxil olmamış pirojki iyini hiss edirik.
Məsələ təkcə qidalarla bağlı deyil, uşaqlar yemək üçün ayaqüstə dayanırlar. Çünki tənəffüsün müddət azdır. Təsəvvür edin ki, bir təhsil müəssisəsinin 400-500 və ya elə məktəblər var ki, 2500-4500 şagird oxuyur, onlar 5 dəqiqə ərzində yemək yeyib dincəlməlidirlər.
Bu gün tenderdə qalib gəlmiş bir neçə özəl qurum məktəblərə qidalar paylayır. Nəzarət mexanizmi yoxdur.
Əslində valideyn-müəllim assosiyasiyaları və buna bərabər tutulan özəl qurumlar mütəmadi işlər aparmalıdırlar. Epidemiologiya idarəsi əvvəllər yoxlama aparırdı, amma indi aparmır. Çünki məktəblərə qida paylayan şirkətin özünün təmizlik və təhlükəsizlik sertifikatları var. Onlar məhsulların yalnız bir dəfə sertifikatlarını alırlar, amma bir il istifadə edirlər. Mütəmadi yoxlama prosesləri bufetlərdə hazırda olmur. Halbuki hər gün olmalıdır”.
Xarici mətbuatda mayonezin məktəblərdə qadağan olunması ilə bağlı müxtəlif məlumatlar dərc olunur. Bildirlir ki, onun əsas tərkib hisssəsi yumurtadan ibarətdir və bunun üçün də insanlarda onun sağlamlığa zərərli olmaması düşüncəsini yaradır. Amma, mayonezin tez xarab olmaması üçün onun tərkibinə qatılan qatı maddələri,onun ömrünü uzatsa da, orqanizmə çox zərər verir. Hətta mayonezi tez-tez qəbul edən uşaqların bilik səviyysi aşağı düşdüyünü deyənlər də var.
Lakin saytımıza danışan pediatr Vaqif Qarayev bunun əksini söyləsə də, uşaqlara satılan qidalara ciddi nəzartə olunmasının da vacibliyini bildirib:
“Əgər mayonez gigiyenik qaydalara uyğun istehsal olunubsa, niyə də zərərli olsun? Ümumiliyyətlə, süd məhsullarının daşınmasına, istehsalına və satışına çox ciddi nəzarət olunmalıdır. Yol kənarlarında tez-tez süd məhsulları satan iunsanlara rast gəlirik. Bu, qəbuledilməzdir. Çünki mənbəyinin hara olduğu bilinmir. AQTA-dan kifayət qədər tələbimiz çoxdur. Bu mövzu ciddi faktlar tələb edir. Valideynlərə müraciət edərdim ki, evdən uşaqlarına nəsə qoysunlar”.
“Uşaqlarda mədə-bağırsaq pozğunluğu hədindən artıq çoxalıb. Ən çox uşaqlarda rast gəlinən şikayət iştahasızlıqdır. Bunların əkəsriyyətinin səbəbi keyfiyyətsiz qidalardır”, - deyən tanınmış həkim valideynlərə xəbərdarlıq da edib.
O, “fastfood”lar və içkilərlə bağlı da fikirlər səslandirib və onları “bəla” adlandırıb:
“Uşaq niyə kökəlir? Bizim bəlamız olan “fastfood”lar... Bu “fastfood” məhsulları həmçinin uşaqlarda onkoloji problemlər yaradır. Bir də rəngli, qazlı və şirin içkiləri uşaqlara qətiyyən vermək olmaz. Tərkibində kofein və s. müxtəlif zərərli maddələr var. Bu içkilər ürək-damar xəstəliklərinə, beyinə və psixoloji asılılığa səbəb olur. Tez-tez oxuyuruq ki, hər hansısa gənc qəfildən öldü. Bunun hamısının səbəbi bu energetik içkilərdir. Bu içkilər hamısı ürək döyüntüsünü artırı və aritremiya əmələ gətirir. Bizdə məktəblərin kənarında nə istəyirsən,satırlar, kababdan belə. Buna nəzarət olunmalıdır. Nə uşaq, nə də valideyn bu zərərli qidaları görməməlidir”.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədri Qoşqar Təhməzli cari ilin sentyabr ayında məktəblərdə təklif olunan qidalarla bağlı bu sözləri deyib: “Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik”.
"Biz tövsiyə üçün "yaşıl", "sarı" və "qırmızı" vərəqələr də hazırlamışıq. Bunları daha sonra ictimaiyyətə açıqlayacağıq. "Yaşıl" vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlar üçün hansı qidaların qəbuluna tamamilə icazə verilməli olduğu qeyd edilib. "Sarı" vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. "Qırmızı" vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir", - deyə sədr əlavə etmişdi.
Qidalanma məsələlərinə necə nəzarət olunması ilə bağlı AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevlə əlaqə saxlamağa çalışdıq. Lakin zəngimizə cavab verən olmadı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar