Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Büdcə təşkilatlarında çalışanlara pambığı zorla yığdırırlarmı...

Tarix: 17-10-2016 10:52     Baxış: 4364 A- / A+
 Büdcə təşkilatlarında çalışanlara pambığı zorla yığdırırlarmı...


Müzəffər Baxış: “Cinayət Məcəlləsində məcburi əməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur”;

Mirvari Qəhrəmanlı: “İcra başçısı müəllim və həkimi məcbur edə bilməz”


Rayonlarda dövlət qurumlarında çalışan işçilərin məcburən pambıq yığımına cəlb olunmaları barədə xəbərlər yayılıb. Orta məktəb müəllimlərinin, tibb işçilərinin, digər büdcə təşkilatları və bələdiyyə əməkdaşlarının bu prosesə cəlb olunduğu deyilir. Hətta bəzi bölgələrdə yuxarı sinif şagirdlərinin də pambıq yığımına aparıldıqları bildirilir.

Sosial şəbəkələrdə də bu məsələ müzakirə və tənqid olunur. Buna dair apardığımız kiçik dəqiqləşdirmələrdən sonra xəbərlərin doğru olması barədə bəzi faktlar ortaya çıxdı. Kürdəmir, Samux və bu kimi rayonlarda icra başçılarının birbaşa tapşırıqları ilə dövlət idarələrində çalışan işçilərin pambıq yığmağa cəlb olunduqları üzə çıxdı. Hətta bəzi rayonlarda iş müqabilində müəyyən məbləğdə pul veriləcəyi ilə bağlı vədlər verilsə də, sonradan heç bir ödəniş edilməyib. Bu da müəyyən narazılıqlara səbəb olub. İşləməkdən boyun qaçıranlar işlərini itirəcəkləri ilə hədələnir.

Qanunla bu kimi halların düzgün olub-olmaması isə müəmmalıdır. Hazırda yayılan xəbərlərin fonunda əsas müzakirə olunan məsələ budur.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yayılan xəbərlərə inanmır: “Burada sadəcə ittiham var. Ortaya fakt qoyan yoxdur. Sovet vaxtı işçiləri pambıq yığmağa aparırdılar, çünki dövlətə məxsus idi. Amma indi şəxsi təsərrüfatlardır. Kimin şəxsi təsərrüfatına dövlət işçiləri göndəriləcək? Şəxsi təsərrüfatlara da nə qədər tələbatın olduğu hələ bilinmir. İnsanları bu tipli şəxsi sahələrdə işləməyə göndərə bilməzlər. Açığı inanmıram ki, dövlətin vacıb sahələrində çalışanları ora göndərsinlər. Fakt olmadığı üçün yayılan şayiələrə də inanmıram. Müəllimləri apara bilməzlər, çünki dərs deyirlər. Bələdiyyənin nə qədər işçisi var ki, onu da pambığa aparsınlar? Bu hal mövcuddursa, bələdiyyənin zəifliyini göstərir. Əgər bələdiyyələr bu prosesə cəlb olunursa, onları icra strukturları göndərir, bu da bələdiyyələrin asılılığını göstərir. Ola bilər ki, bələdiyyə işçiləri yığıma kömək etsinlər, sonradan da müəyyən qədər əmək haqqı alsınlar. Ora elə bir qurumdur ki, onları məcburi göndərə bilməzlər. Çünki seçkili orqandır. Pambıqçılıq ən çox Aran rayonlarında olur ki, orada da çox əkilməyib. Əgər kömək lazımdırsa, o zaman icra başçısının özü ilk növbədə gedib kömək etməlidir. Çünki şəxsi təsərrüfatdır. Bundan əlavə, texnikalar lazımdır. İcra başçılarının külli miqdarla pulları var. Sosial şəbəkələrdə müəllimləri və həkimləri tənqid edirlər. Bu düzgün deyil. Kimsə əlavə məvacib almaq üçün könüllü gedib işləyə bilər. İndi də yağışlar yağır. Əgər pambığa su dəydisə, məhv olur. Bir də pambığı yığmağı bacarmaq lazımdır. Pambıq yığmaq üçün 3-4 gün təcrübə keçmək lazımdır. Həkim pambıq yığıb, xəstəyə baxa bilər?”.

Hüquqşünas Müzəffər Baxış isə bildirdi ki, rayonlarda “kiçik padşah”lar öz nüfuzlarını qaldırmaq, yuxarı orqanlar qarşısında özünü işlək rəhbər kimi göstərmək üçün belə qanunsuz yollara əl atırlar: “Bu qanunsuz əməlləri rayon icra başçıları həyata keçirirlər. Sovetlər dövründə Azərbaycanda belə hallar çox olub. Azərbaycan artıq öz idarəçiliyini sovet dövründəki idarəçiliyə uyğunlaşdırmaq istəyir. SSRİ dövründə təkcə dövlət işçilərini deyil, kəndlərdə yaşayan sakinləri də zorla maşınlara doldurub, pambıq, tütün və digər kənd təsərrüfatı məhsullarının yığımına aparırdılar. Bütün bunlar qanunvericiliklə ziddiyyət təşkil edir. Əgər kimisə məcburi şəkildə müəyyən işə cəlb edirlərsə, bu məcburi əmək hesab olunur. Bu da bizim konstitusiya ilə qadağan olunur. Cinayət Məcəlləsinin 144.1 maddəsində məcburi əməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Əgər icra başçılarının məcburi şəkildə dövlət müəssisələrində çalışan şəxsləri məcburi əməyə cəlb etmələri barədə xəbərlər təsdiqini tapsa, o zaman həmin icra başçıları barəsində Cinayət Məcəlləsinin 144-1, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci maddəsi ilə cinayət işi başlamalıdır. Həmin icra başçıları cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər hansısa bir sahibkar elan etsə ki, könüllü qaydada kimsə pambıq yığımında iştirak etsə, müəyyən məbləğdə əmək haqqı ödəyəcək, o zaman bu təklifə razılaşan şəxs harada işləməsindən asılı olmayaraq qanunsuz əməklə məşğul olmur. Yığdığı pambığa görə sahibkar imzaladığı xidmət müqabilinin əvəzində əmək haqqı ödəyir. Bütün məcburi hallar Cinayət Məcəlləsinin 35 və digər maddələri ilə cinayət məsuliyyəti yaradır”.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar