Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yanacağın qiymətinin bahalaşacağı gözlənilir (AÇIQLAMA)

Tarix: 16-04-2018 14:34     Baxış: 3306 A- / A+
Azərbaycanda yanacağın qiymətinin bahalaşacağı gözlənilir (AÇIQLAMA)

"Cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunub".
SOCAR-dan verilən məlumata görə, neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil edib, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişib.
"Bu da əsasən dizel yanacağına ölkə daxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması, həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır", - deyə məlumatda vurğulanıb.
Manevr.az ölkə daxilində dizel yanacağına olan tələbatın artmasının nə ilə nəticələnə biləcəyini araşdırıb. Məsələ ilə bağlı olaraq iqtisadi ekspert Samir Əliyevdən bir sıra suallarımızı cavablandırıb:
İqtisadçı Azərbaycanda dizel yanacağına olan tələbatın artması onun qiymətinə nə cür təsir edə biləcəyinə də aydınlıq gətirib. O, bildirib ki, 2015-ci ildə neftin qiyməti düşdükdən sonra, manatın devalivasiyası ərəfəsində ölkəmizdə avtomobil sürücülərinin sayı da əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib. Bu isə yanacağın istifadəsinin azalmasına birbaşa təsir etdi. Dizelə olan tələbatın artması 2015-2016-cı illərdə baş verən devalivasiyanın nəticəsidir. Bu sadəcə özünü indi büruzə verir.
"Ölkəmizdə yanacağın qiyməti xırda istisnalar olmaqla dövlət tərəfindən tənzimlənir. Bizdə qiymət artımının dəqiq səbəbi hələ də məlum deyil. Məsələn, 2013-ci ildə yanacağın qiyməti artdıqda belə əsaslandırıldı ki, dünya bazarında 100 dollar həddini keçib, təxminən 130 dollara gəlib çatıb. Buna görə də yanacağın qiyməti artırıldı. Amma 2015-ci ildə gördüyümüz kimi neftin qiyməti 30 dollaradək ucuzlaşdı. Məntiqlə benzini də qiyməti də ucuzlaşmalı idi. Amma bu baş vermədi. Nəinki baş vermədi hətta yenidən qiymət artımı da müşahidə edildi. Bizdə neftin qiymətinin dəyişməsi SOCAR-ın istəyi ilə baş verir. Əlbəttə ki, şəffaflıq olmayan yerdə qiymət artımının reallığı nə dərəcədə əks etdirdiyini deyə bilmərik. Yanacaq satan şirkət istədiyi qiymətləri təklif edə bilər. Amma yanacağın qiymətinin artırılmasına ehtiyac olub olmadığını yoxlamaq üçün buna ictimai nəzarət olmalıdır. Hal-hazırda təbii ki qoymət artımı məsələsi gündəmdədir. Belə ki, əgər SOCAR dizelin qiymətini arırsa və bunu təklif etsə mən buna heç də təəccüblənmərəm. Çünki SOCAR qiymətləri artmaq istəyindədir, imkan olan kimi bu addımı atacaq. Ancaq yenə də hökümət yekun qərarı verir", - deyə Samir Əliyev bildirib.
İqtisadçı dizelin qiymətinin artmasının digər kənd təsərrüfatı və sənaye məhsullıarının qiymətinə necə təsir edəcəyi məsələsinə də toxunub. O, bildirib ki, dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətində özünü büruzə verəcək: "Bir neçə müddət bundan əvvəl 95 markalı benzinin qiymətində artım müşahidə edildi. Ancaq bildiyimiz kimi kənd təsərrüfatı texnikaları daha çox 92 markalı benzin və dizellə işləyir. Buna görə də qiymət artımı kənd təsərrüfatı məhsullarının qiymətlərində həmçinin də taksi qiymətlərinin artmasına səbəb olacaq. Yəni dizelin qiymətinin artacağı təqdirdə sosial sahədə bir sıra qiymət artımları müşahidə ediləcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar