Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Müəllifi göstərmədən hansısa xəbəri vermək müəllif hüquqlarının oğurlanmasıdır”

Tarix: 09-10-2017 14:56     Baxış: 4263 A- / A+
“Müəllifi göstərmədən hansısa xəbəri vermək müəllif hüquqlarının oğurlanmasıdır”


"Müəllifdən icazə almadan, lakin müəllifi göstərmək şərti ilə bu xəbərin bir hissəsi istifadə oluna bilər"
Azərbaycan reallığında əksər media orqanlarının üzləşdiyi əsas problemlərdən biri onlara məxsus informasiyaların başqa media orqanları tərəfindən oğurlanması, ictimaiyyətə təqdim edilərkən ilkin mənbənin göstərilməməsidir.

Bəs xəbər oğurluğu hüquqi məsuliyyət yaradırmı? Yoxsa bu, sadəcə media əxlaqının pozulması baxımından qınaq obyekti olacaq bir məsələdir?

Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli məsələnin iki aspektdən şərhinin vacib olduğunu vurğuladı:

“Məsələnin iki aspekti var. Bunlardan biri müəllif hüquqları aspektidir. Bu, hüquqla müəyyən olunur. Bir də məsələnin etik tərəfi var. Hansısa jurnalistin başqasına məxsus yazını özününküləşdirilməsi yolverilməzdir. Əsl jurnalist hər zaman jurnalist peşəsinə, bu peşənin tələlərinə sədaqət nümayiş etdirir, onları qoruyur.
Hüquqi aspektdən yanaşdıqda, müəllif hüquqları ilə qorunan əsərlər var. Bu əsərlərdən müəllifin icazəsi olmadan istifadə yolverilməzdir. Istisna hallar da mövcuddur ki, burada da söhbət çox önəmli ictimai əhəmiyyət kəsbedən xəbərlərdən gedir. Bu qəbildən olan xəbərin bir hissəsi müəllifə istinadən verilə bilər. Müəllifdən icazə almadan, lakin müəllifi göstərmək şərti ilə bu xəbərin bir hissəsi istifadə oluna bilər. Müəllifi göstərmədən xəbəri vermək müəllif hüquqlarının oğurlanmasıdır və bu, hüquqi baxımdan məsuliyyət yaradır. Xəbərə istinad olunur və müəllif göstərilirsə, burada müəllif hüquqlarının pozulmasından söhbət gedə bilməz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar