Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müstəntiq şahidlərin ifadələrini saxtalaşdırıb? – Sumqayıt məhkəməsində sensasion faktlar aşkarlandı

Tarix: 05-10-2017 09:52     Baxış: 4991 A- / A+
Müstəntiq şahidlərin ifadələrini  saxtalaşdırıb?


Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Qurbanlı Arzu Sənan qızının əməliyyatdan sonra vəfat etməsi ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 5-də davam etdirilib. Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Real” Tibb Mərkəzində tibb bacısı işləyən Şərqiyyə Məmmədovanın və Təranə Şəfiyevanın ifadələri dinlənilib.
Hər iki şahidin ifadəsi zamanı məlum olub ki, onların hər ikisinin istintaqda verdikləri ifadələri ilə hazırda söylədikləri arasında xeyli ziddiyyətlər mövcuddur. Şahidlər bunu istintaqı aparan müstəntiqin izahatları oxutmadan imzlatması və dəyişdirməsi ilə izah ediblər.


Şahid qismində ilk ifadə verən tibb bacısı Şərqiyyə Məmmədova bildirdi ki, 2016-cı il iyun ayının 30-u günü, yəni Arzu Qurbanl əməliyyat olunan gün o klinikada növbətçi tibb bacısı olub. Şahid bildirdi ki, müayinələrdən sonra anestezoloq həkim İsmayıl Qənbərovun göstərişinə əsasən palatada uşağa iynə vurub, sonra uşaq reanimasiya şöbəsinə aparılıb: “Əməliyyatdan sonra mən lazım olan bütün prosedur qaydalarına uyğun uşağa nəzarət etmişəm. Xəstənin mənə reaksiyalarından tam əmin olmuşam. Sonra da mən vaxtaşırı gəlib uşağa baş çəkirdim, xəstə tam ayılmış vəziyyətdə, hərəkət edirdi və səslənirdi. Saat 4-5 radələrində mən tibb bacısı Təranə xanımdan uşağın vəziyyətini soruşunda bildirdi ki, uşağa süd içizdirib, vəziyyəti normaldır. Saat 6 radələrində mən yenə uşağın otağına gəldim, İlham həkim də gəldi, uşaq bizi görəndə üzün çevirdi, mızıldandı. Biz xəstənin vəziyyətindən tam arxayın olduqdan sonra mən işdən çıxıb getdim. Mən səhəri günü işə gələndə bildim ki, uşaq rəhmətə gedib”.

Ş. Məmmədova şikayətçi tərəfinin vəkilinin suallarını cavablandıraraq bildirdi ki, Qurbanl Arzuya anesteloji iynəni o vurub: “İsmayıl həkimin göstərişi ilə mən narkoz iynəsini hazırladım, şpirisin tərkibinə 150 milliqram deyil, 50 milliqram kalipsol qatılmışdı”.
Tibb bacısı ifadəsinə davam edərək bildirdi ki, uşaq palatada olarkən ayılmışdı və onu görərkən qorxusundan ağlayırdı. Müxtəlif hərəkətlər edirdi və deyilənlərə reaksiya verirdi.

Müstəntiq qeydiyyat jurnalını necə “oğurlayıb”?


Bundan sonra Ş. Məmmədovaya istintaq zamanı təzyiqlə üzləşib-üzləşməməsi barədə suallar verildi. Şahid bildirdi ki, birbaşa təzyiq olmasa da ifadə verərkən və üzləşmə dövründə yaranan gərginlik ona psixoloji təsir göstərib. Anestozoloq İsmayıl Qənbərov bildirdi ki, üzləşmə mərhələsində müstəntiq ona Ş. Məmmədovanın ifadəsini oxumağa imkan verməyib və bu zaman yalnız bir sual verilib ki, xəstəyə anestoloji iynə sizin göstərişinizlə vurulub, ya yox?

Şikayətçi tərəfin vəkilinin həkim İ. Qənbərova “Niyə siz xəstəyə narkoz iynəsini sizinlə əməliyyata girəcək tibb bacısı Rəhimə Abdullayevaya deyil, Şərqiyyə Məmmədovaya vurması barədə göstəriş vermisiniz?” sualına həkimin cavabı belə oldu: “İstənilən tibb bacısı o iynəni vura bilər”.

İttiham olunan tərəfin vəkili Əli Hüseynov şahidə “Əməliyyatdan çıxan xəstəyə yemək kimin icazəsi ilə verilir və konkret bu uşağa hansı həkimin icazəsi ilə qida verilib?” sualına şahid Ş. Məmmədovanın cavabı belə oldu: “Qida verilməsi əməliyyatı icra edən cərrahın icazəsi ilə həyat keçirilir. Bu uşağa da cərrah həkim İlham Ağayevin icazəsi ilə qida verilib”.
Tibb bacısı Ş. Məmmədova anesteloji jurnalda aparılan saxta dəyişikliklərlə bağlı suala aydınlıq gətirərkən bildirdi ki, səkkiz iyul 2016-cı ildə o, Real Tibb Mərkəzində işdə olarkən müstəntiq Əflatun müəllim oraya gəlib: “Mən otağa gələndə digər tibb bacıları mənə dedilər ki, prokurorluğun müstəntiqi gəlib anesteloji jurnalı götürüb getdi. Mən bunu eşidən kimi birinci mərtəbəyə onun ardınca qaçdım”.

Şahidin ifadəsindən məlum olur ki, müstəntiq Əflatun Hüseynov iş gününün sonunda, saat 18-19 radələrində heç kimə bildirmədən gizli şəkildə klinikanın anestoloji qeydiyyat jurnalını götürüb aparıb. Tibb bacısının israrlarına rəğmən o jurnalı geri qaytarmayıb. Həmin günün səhərisi müammalı şəkildə, cinayət prosessual məcəlləsinə zidd olaraq həmin jurnal şikayətçi tərəfin əlinə keçib və jurnalda guya dəyişikliklər edilməsi barədə yazılar və fotoşəkillər sosial şəbəkələrdə yayılıb.
Tibb bacısı onu da əlavə etdi ki, jurnal aparılanadək orada qəti şəkildə heç bir dəyişiklik və qaralama olmayıb: “Mən sonra eşitdim ki, jurnalda nəyinsə pozulub yenidən düzəldilməsi haqqında məlumatlar yayılıb”.

Məhkəmə zalına gətirilən qeydiyyat jurnalı şahidə göstərilərkən Ş. Məmmədova iyulun 8-də yazılan qeydlərdə xəttin ona məxsus olduğunu təsdiqlədi, lakin edilən düzəlişlərin onun xətti olmadığını bildirdi. Bu zaman vəkil Əli Hüseynov hakimin diqqətinə çatdırdı ki, müstəntiq jurnalın iyulun 5-də götürülməsi barədə saxta protokol tərtib edib. Lakin orada aydın görünür ki, ayın 8-dək jurnalda yazılan qeydlər klinikanın əməkdaşlarına aiddir.

Ş. Məmmədova bildirdi ki, müstəntiq ondan ilk dəfə izahat alandan bir neçə ay sonra onu şəxsiyyət vəsiqəsini gətirməsi ilə bağlı yenidən dəvət edib. Bu zaman ona başqa kağızlara da qol çəkdirib və bildirib ki, bu onun ilk ifadəsinin təkrarıdı, oxumağa ehtiyac yoxdur.

Şahidin ifadəsi müstəntiqin əməllərini ifşa etdi

Bundan sonra növbəti şahid, Real Tibb Mərkəzində tibb bacısı işləyən Təranə Şəfiyevanın ifadəsi dinlənildi. T. Şəfiyeva bildirdi ki, həmin gün Arzu Qurbanlı əməliyyatdan çıxandan sonra palataya gətirilib və burada oyanıb. Şahidin sözlərinə görə, o uşağa süd içirdilməsində iştirak edib və bundan sonra onu anasına tapşıraraq digər xəstələrə baxmağa gedib.
T. Şəfiyeva ona verilən suallara cavab olaraq bildirdi ki, xəstə Arzu Qurbanlı palataya gətiləndən bir müddət sonra ayılıb, ona süd içizdirilib və saat 6 radələrində o palataya gələrkən uşağın qusduğunu, bu üzdən palatanın döşəməsinin çirkənləndiyini bildirdi.

Şahid T. Şəfiyevanın da istintaqa verdiyi ifadə oxunarkən tibb bacısı bildirdi ki, onun ifadəsi dəyişdirilib və orada yazıalnları o deməyib. Şahid bildirdi ki, müstəntiq onu ikinci dəfə dəvət edərkən izahatını oxutmadan bunun birinci izahatın kopiyası olduğunu bildirərək ona imzaladıb.

Burada bir faktı vurğulayaq ki, məhkəmə dindirilməsi prosesində indiyədək ifadə verən 3 şahidin hər biri bildirib ki, onların istintaqa verdikləri ilk ifadələrindən 2-3 ay sonra müstəntiq tərəfindən müxtəlif yollarla aldadılaraq ifadələri dəyişdirilib və onlara ağ kağızlara imza atdırılıb. Müstəntiqin xəstənin əməliyyatdan sonra ayılmaması faktını sübut etməyə çalışması baş tutmayıb. Bütün şahid ifadələrindən məlum olur ki, xəstə əməliyyyatdan çıxdıqdan sonra normal vəziyyətdə ayılıb və qida qəbul edib.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 6-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün axaşam saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Məhkəmə oktyabrın 11-də davam etdirələcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar