Xəbər lenti
Sayt yazdı, qaçqın ailəsinin taleyi dəyişdi - FOTOLAR
Bir sayt, bir jurnalist, iki deputat həyat qurtarır; sahibsiz qalmış ailəyə işıq doğdu.
Bir müddət öncə atası tərəfindən təhdid olunan 12 yaşlı Zümrüdün ailəsinin yaşadığı ağır durumdan yazmışdıq. Zümrüdün anası, Laçın rayonundan məcburi köçkün olan Cəmilə Məmmədova iki il öncə həyat yoldaşından ayrılıb, qarşı tərəf isə aliment ödəməmək üçün ailəni təhdid edirdi.
Tənha ana süpürgəçi işləməklə qızlarını böyütməyə çalışır, aldığı 200 manat maaşdan 100 manatını ev kirayəsinə, qalan hissəsini isə kommunal xərclərə verir. Bu səbəbdən də uşaqların ərzaq ehtiyacını belə, qarşılaya bilmir. Çətinliklə dolanan ailə çörək pulu üçün zibil qutularından sellofan yığıb, satmağa məcbur qalır. Balaca Zümrüd də bu işdə anasına yardım edir.
Musavat.com-da gedən bu reportajın ardından jurnalist İlhamiyyə Rzanın dəstəyi ilə Zümrüdü xilas etmək üçün sosial şəbəkələrdə xeyriyyə kampaniyası başladı. Daha sonra deputat Qənirə Paşayeva ailəyə sahib çıxdı və İlhamiyyə Rza ilə birgə onları ziyarət etdi.
Ailənin həyatında yenilik var. Bu barədə İlhamiyyə Rza özünün facebook profilində yazıb. Yaxşı olar ki, nə baş verdiyini onun öz yazısından oxuyaq:
"Bir az var ki, hekayətini sizinlə burda paylaşdığım ailədən gəlirəm.
Musavat.com saytında bir material getmişdi, Cəmilə adlı qadın 2 azyaşlı qızı ilə keçmiş əri tərəfindən təhdid olunurdu. Bundan narahat olub millət vəkili Qənirə Paşayeva ilə bərabər ailəyə baş çəkmişdik. Daha öncə yazdığım kimi, "hadisə" yerinə gedəndə ailənin başqa problemləri də aşkar olundu. Bəlli oldu ki, qadın Laçın rayonundann məcburi köçkündür. Amma ailə qurandan sonra bu statusdan məhrum olub. İndi isə ərindən boşanıb.
Qısası, indi onun bu statusunu bərpa etmək lazımdır ki, müəyyən müavinətlər ala bilsin, güzəştlərdən yararlansın. Onda, Qənirə xanım Laçın rayonundan millət vəkili Mahir Abbaszadəyə zəng edib kömək istəmişdi. Mahir bəy canla başla ailənin köməyinə gəldi . Bu gün məndən xahiş etdi ki, bayram ziyarətinə mən də qatılım. Bərabər gedib, ailəyə baş çəkdik, qurban payı gətirmişdi Mahir müəllim. Amma qızlar anadan daha çox sevindilər. Çünki millət vəkili onlara məktəb bazarlığı da etmişdi. Xeyli söhbət etdik. Əminəm ki, bu günü uşaqlar heç vaxt unutmayacaqlar. Millət vəkili, öz qaçqın taleyindən də söz açdı. Uşaqlara Sumqayltda, yataqxanada 7 nəfərdən ibarət ailəsi ilə birgə hansı çətinliklər içərisində yaşadıqlarını, dərs oxuduqlarını və bu gün bacı və qardaşlarının uğurlu mütəxəssis olmalarından danışdı. Təfərrüatlara varmadan demək istəyirəm ki, millət vəkillərimiz gerçəkdən də millətin içindən çıxmış, sadə insanların ağrı acılarını anlayan, başa düşən insanlar olmalıdır. Mahir bəyi əvvəllər tanımırdım. Təəssüf ki, tanımmırdım. Onun xeyirxahlığı bir tərəfə, keçdiyi həyat yolu çox dəyərlidir. Sonda ailənin geydiyyatının bərpası və qaçqın statusunun bərpası ilə bağlı bir sıra zənglər edərək, Cəmilə xanıma nə edəcəyini, hara rəsmən müraciət edəcəyini izah etdi. İnanıram ki, tezliklə bu məsələ yoluna qoyulacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar