Sizin Reklam Burada
Xəbər lenti
18-11-2026
17-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Tarix: 19-11-2026 12:14     Baxış: 330 A- / A+
Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır
Azərbaycanda qızıl və mis hasil edən “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətinə qaytarılacaq.
Manevr.az apa-ya istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, hasilatın pay bölgüsü sazişinin (HPBS) şərtlərinə əsasən, Qoşa üzrə hasilat hüququnun müddəti başa çatıb, Ordubad üzrə isə müddət yaxın vaxtlarda bitəcək.
Şirkət layihə portfelini və yaxın dövr üçün böyümə imkanlarını nəzərdən keçirdikdən sonra qarşıdakı bir neçə ildə Qoşa və Ordubad sahələrinə əlavə vaxt və resurs ayırmağı strateji baxımdan məqsədəuyğun hesab etməyib. Hər iki sahə şirkətin hazırkı hasilat obyektlərindən uzaqda yerləşir və burada digər müqavilə sahələrindəki kimi hazır infrastruktur yoxdur.
Şirkət rəhbərliyinin və kapital qoyuluşlarının əsas diqqəti Xarkar və Qaradağ mis layihələrinin hasilata başlamasına yönələcək. “Anglo Asian Mining” planlaşdırılan geoloji kəşfiyyat işlərini mövcud hasilat sahələrinin genişləndirilməsinə yönəldəcək. Şirkətin gözləntisinə görə, yeni yataqlar aşkarlandığı halda mövcud infrastrukturdan istifadə mədənlərin və emal müəssisələrinin istismar müddətini uzatmağa imkan verəcək.
Hazırda şirkət HPBS-yə zəruri dəyişiklikləri Azərbaycan hökuməti ilə razılaşdırır. Dəyişikliklər razılaşdırıldıqdan sonra Milli Məclisin təsdiqinə təqdim olunacaq. Şirkət gələcəkdə Qoşa və Ordubad üzrə hasilat hüquqlarını yenidən əldə etmək üçün müraciət edə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar