Sizin Reklam Burada
Xəbər lenti
18-11-2026
17-11-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə odun yanacağından istifadəyə son qoyuldu - Birgə məlumat

Tarix: 18-11-2026 22:43     Baxış: 329 A- / A+
Azərbaycanda təhsil müəssisələrinin istilik təminatında odun yanacağından istifadə tamamilə dayandırılıb.

Bu barədə Meşələrin İnkişafı Xidməti və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, son illər Azərbaycanda təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması, alternativ yanacaq növlərindən istifadənin genişləndirilməsi, ətraf mühitə dost texnologiyaların, eyni zamanda müasir istilik sistemlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.

Bu istiqamətdə təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması üçün sistemli tədbirlər aparılır. Görülən işlər çərçivəsində təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib.

Vurğulanıb ki, pellet yanacağından istifadə ağac materialına olan tələbatın azalması və meşə ehtiyatlarının qorunması baxımından önəmli töhfədir. Bununla yanaşı, daha aşağı rütubət səviyyəsi, temperaturun asanlıqla tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir ki, bu da özlüyündə təhsil müəssisələrində istiliyin daha səmərəli, stabil və çevik şəkildə təmin olunmasına şərait yaradır.

Statistik göstəricilərə əsasən, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olduğu halda, 2026-cı ildə bu göstərici sıfıra enib. Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur, digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir:

"Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına, odun yanacağına tələbatın azaldılmasına və istilik təminatında alternativ yanacaq növlərinin tətbiqinin genişləndirilməsinə mühüm töhfə verir.

Təhsil müəssisələrində odun yanacağından istifadəsinin dayandırılması ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə olmaqla, odun yanacağından istifadə edən digər təşkilatlar üçün də nümunəvi yanaşma ola bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar