Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Real" Tibb Mərkəzinin həkimi nədə ittiham olunur? - müstəntiq qeydiyyat jurnalını necə götürüb?

Tarix: 12-06-2017 15:47     Baxış: 3883 A- / A+
"Real" Tibb Mərkəzinin həkimi nədə ittiham olunur?


Sumqayıt şəhərində fəaliyyət göstərən "Real” Tibb Mərkəzində 3 yaşlı Arzu Qurbanlının əməliyyatdan sonar həyatını itirməsilə bağlı müəssisənin həkimi İsmayıl Qəmbərova qarşı qaldırılan ittiham əsasında məhkəmə prosesi davam etdirilir.

3 yaşlı Qurbanlı Arzu Sənan qızının ölümü ilə bağlı açılan cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı və vəkillər tərəfindən həkim-anestezioloq İsmayıl Qənbərova bəzi suallar verilib.

“Siz Rəhimə Abdullayevaya anestezioloji vəsaitlər jurnalında “150 mq” rəqəmini “50 mq” rəqəmi ilə dəyişdirilməsi haqqında göstəriş vermisinizmi? İttihamın bu hissəsi ilə bağlı nə deyə bilərsiniz?”- sualına İ.Qənbərovun cavabı belə olub:

“Mən Rəhimə Abdullayevaya bu barədə heç bir göstəriş verməmişəm. Anestezioloji vəsaitlər jurnalında tam dəqiqliklə deyirəm ki, heç bir pozuntuluq olmayıb. Anestezioloji vəsaitlər jurnalı iş saatı bitdikdən sonra, heç kəsə məlumat verilmədən müstəntiq tərəfindən götürülüb. Jurnal növbədə olan əməliyyat tibb bacısı Yadigarova Bənövşənin yanında götürülüb. Bənövşənin “Jurnalı hara aparırsınız?” sualına müstəntiq “baxıb qaytaracağam” cavabını verib. Bənövşə bu barədə jurnala cavabdeh şəxs anesteziya tibb bacısı Şərqiyyə Məmmədovaya məlumat verib. Şərqiyyə 1 ci mərtəbədə, çıxış qapısında müstəntiqə çatıb və jurnalı niyə və haraya apardığını soruşub, sənədin götürülməsi barədə rəhbərliyə məlumat vermli olduğunu bildirib. Müstəntiq isə ”Mən prokurorluğun müstəntiqiyəm. Baş həkimin otağındanda nə istəsəm götürərəm” cavabını verib.

Sözügedən jurnala mən cavabdeh deyiləm. Orada heç bir imzam, heç bir qeydiyyatım olmur. O sırf kargüzarlıq sənədidir. Dərmanların mədaxil, məxaric qeydiyyatının aparılması üçün tibb bacısının hesabat jurnalıdır. Bunun əməliyyatın gedişi ilə heç bir əlaqəsi yoxdur. Əməliyyata və gedişata aid olan sənəd yalnız stosianar xəstənin tibbi kartoçkasıdır.
Jurnal götürüldükdən bir, ya iki gün sonra sosial şəbəkələrdə guya mənim konspektim kimi jurnalda olan düzəliş haqqında məlumat yayıldı. Birinci gün əhəmiyyət verməsəm də, ikinci gün xəbərin sosial şəbəkələrdə geniş yayıldığını görüb müstəntiqə zəng edib məsələyə aydınlıq gətirməsini istədim. Müstəntiq: “Bəli jurnalda düzəliş edilib”-dedi. Bir az mübahisədən sonra “tutaq ki var, bəs sənin apardığın istintaq sosial şəbəkələrdə niyə paylaşılıb?”-sualıma isə “Mən düzəlişin şəkilini telfonuma çəkmişəm. Otaqdan çölə çıxarkən telefonu stolun üstündə unutmuşam və həmin vaxt otağımda olan zərərçəkmiş şəxs şəkli telfonumdan özünə göndərib”

İ.Qənbərova verilən növbəti “Kalipsol peraparatının 3 yaşlı uşağa hətda 150 mq vurulması hansı fəsadlar yaradar?” sualına isə həkim belə cavab verib:

“Mən 2500-dən çox əməliyyat etmişəm. Niyə 50 yox 150 mq vurmalıyam ki? O qədərmi savadsızam? Yoxsa, anestaziyaya təzə gəlmişəm? Mən bilmirəmmi 50 ilə 150-nin fərqi nə deməkdir? 150 rəqəmi tam absurddur. Formalaşdırılmış, saxtalaşdırılmış bir şeydir və bunu izah da edəciyik.

Bu yaşda uşağa 150 mq kalipsol vurulmuş olsaydı belə, yalnız tənəffüsün diyanması baş verə bilərdi və bunun da yolu süni tənəffüsdür. Süni tənəffüs verməklə xəstəni vəziyyətdən çıxarmaq mümkündür. Dərmanın yarımparçalanma dövrü maksimum 45 dəq-dir. 45 dəq süni tənəffüsdə saxlayardıq. Yarımparçalanma dövrü keçdikdən sonra sərbəst tənəffüsə keçirərdik. Kalipsolun annotasiyasında göstərir ki, kalipsolun ağırlaşmasından ölüm hadisəsi praktik olaraq yoxdur, rast gəlinməyib. Ağırlaşmaları var və bunun da qarşısı alınandır. Kalipsolun 150 mq vurulmasının yeganə fəsadı tənəffüsün ağırlaşması ola bilərdi və bunun da qarşısı alınardı. Uşağın saat 21 radələrinə kimi narkozdan ayılmaması tamamilə yalnış fikirdir. Əgər xəstə ekstubasiya olunub palataya gətirilibsə, saatlarla təbii tənəffüsdə olubsa, onda ekstubasiyanın və ya tənəffüsün pozulması haqqında birmənalı olaraq danışmaq olmaz. Məlumdur ki, tənəffüssüz xəstə 2-3 dəqiqəyə ölməlidir. Amma sözügedən xəstə ekstubasiya olunub, təbii tənəffüslə palataya gətirilib və təqribən 8 saat sonra qusaraq dünyasını dəyişib”.

Qeyd edək ki, ötən il iyunun 30-da Sumqayıt şəhərindəki "Real” Tibb Mərkəzində 3 yaşlı Arzu Qurbanlı boğaz və burun əməliyyatından sonra dünyasını dəyişib. Qubadlı rayonundan məcburi köçkün olan Arzu Qurbanlının ailəsi 8-ci mikrorayonda yerləşən 46 saylı bağçada məskunlaşıb. Uşağın atası Sənan Qurbanlı övladının ölümündə "Real” Tibb Mərkəzinin həkimlərini günahlandırır.

Əməliyyat iştirak edən həkim-anestezoloq Qənbərov İsmayıl Böyükağa oğluna ölüm faktına görə, Cinayət Məcəlləsinin 124.1 ( Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

P.S. İttiham olunan həkimin yaxınlarının verdiyi məlumata görə, zərərçəkən tərəf günahlandılan tərəfdən 100 min manat təzminat tələb edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar