Xəbər lenti
Təranə Dəmir “Xəzər nəğmələri”nin qonağı olub
Manevr.az xəbər verir ki, Neftçala şəhər Mərkəzi Kitabxanasında “Xəzər nəğmələri” ədəbi birliyinin növbəti tədbiri keçirildi. Ədəbi tədbirdə AYB -nin üzvü, şair-publisist, Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şair Təranə Dəmir qonağımız oldu. Birliyin üzvləri Böyükağa Məmmədov, Əlovsət Əliyev, Müzəffər Məzahim, “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva və başqaları Təranə Dəmirə uzun məsafəni qət edib görüşə gəldiyi üçün səmimi qəlbdən minnətdarlıqlarını bildirdilər. Eyni zamanda Təranə xanım da bu dəvətin təsəbbüskarlarına ürəkdən təşəkkür etdi, tədbir boyu rəngarəng şeirlərini səsləndirdi və tədbir iştirakçılarına imzalı kitablarını bağışladı. Sonda xatirə şəkli çəkildi. Biz də öz növbəmizdə görüşün çox səmimi və rəngarəng keçməsində Neftçala rayon Mərkəzi kitabxanasının əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda Təranə xanıma da yaradıcılığında uğurlar diləyirik.
Zabil Pərviz,
şair, AYB-nin üzvü, “Xəzər nəğmələri” Ədəbi Birliyinin sədri.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































