Sizin Reklam Burada
Xəbər lenti
03-11-2025
02-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır

Tarix: 03-11-2025 16:49     Baxış: 331 A- / A+

Bu şəxslər üçün məcburi sosial sığorta haqqı ARTIRILIR


Azərbaycanda bir sıra şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılır.
Manevr.az
-ın əldə etdiyi xəbərə görə, bu barədə məlumat “Sosial sığorta haqqında” haqqında qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Hazırda toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növlərində, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində çalışanlar minimum aylıq əməkhaqqının 5 faizi miqdarında dövlət sosial sığorta haqqı ödəyirsə, 2026-cı ilin yanvarın 1-dən bu məbləğ 8 faiz olacaq.
Yanvarın 1-dən çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Hazırda bu məbləğ 3 faiz təşkil edir.
Qeyd edək ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
5 hektaradək olduqda – 2 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;
10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;
Layihəyə əsasən, bu ödənişlər yanvarın 1-dən müvafiq olaraq 5, 7.5, 12.5 faiz olacaq.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar