Xəbər lenti
Çərəzlərin faydası və istehlak qaydaları
Novruz bayramı günlərində insanlar tərəfindən ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Yüksək qidalılıq dəyərinə və zəngin tərkibə malik olan çərəzlər insan orqanizminin ehtiyac duyduğu bəzi vitamin və mineralların gündəlik normasını qarşılayır. Eyni zamanda, beynin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır. Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin bəzi vitaminlərə olan gündəlik tələbatını qarşılamağa kifayət edir. Qoz, fındıq, badam, fıstıq, iydə və innab kimi çərəzlər gündəlik istehlak miqdarına diqqət edilməklə yeyilə bilər.
Manevr.az Qida Təhlükəsizliyi Agentliyinin çərəzlərin faydası və istehlak qaydalarına dair məlumatını təqdim edir:
Qoz yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi orqanizm üçün vacib komponentlərlə zəngindir. Qoz orqanizmin ehtiyacı olan Omega-3 yağ turşusunu ehtiva edən yeganə çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Damarların kirəcləşməsinin qarşısının alınmasına, qanda xolesterolun və şəkərin səviyyəsinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif və proteinin sayəsində Altsheymer xəstəliyinin və şəkərli diabetin inkişafını ləngidir. Stres və yuxu problemini aradan qaldırır. Eyni zamanda, sümüklərin güclənməsini və dərinin cavan qalmasını təmin edir.
Fındıq insan orqanizmi üçün olduqca faydalıdır. Fındığın tərkibi zülallar, karbohidrat, doymamış yağ, E və B qrupu vitaminlər, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibindəki yağların 96 faizi insan orqanizmi üçün faydalı olan doymamış turşulardan - olein və linolindən ibarətdir. Bu çərəz immun sistemini gücləndirir, şəkərli diabet riskini azaldır, sinir sisteminə faydalı təsir göstərir, eləcə də orqanizmi xərçəngə qarşı qoruyur. Fındıq insanda toxluq hissini artırır, bağırsağın normal fəaliyyəti üçün faydalıdır. Eyni zamanda, tərkibindəki liflər və vitaminlər əzələləri gücləndirir, hüceyrələrin erkən yaşlanmasının qarşını alır. Fındığın tərkibi triptofan və izoleysin kimi aminturşuları ilə zəngin olduğu üçün beynin fəaliyyətini yaxşılaşdırır və zehni qabiliyyəti artırır.
Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Badam ürək-damar xəstəliklərinə qarşı olduqca faydalıdır, qan təzyiqini tənzimləyir, beynin fəaliyyətini yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın ac vaxtı istehlakı tövsiyə olunur.
Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və proteinlə olduqca zəngindir. Bu çərəz həzmin yaxşılaşması, qan təzyiqinin tənzimlənməsi, immun sisteminin gücləndirilməsi və qanazlığı üçün faydalıdır. Zehni qabiliyyətin inkişafına müsbət təsir etdiyi üçün uşaqlar tərəfindən istehlakı tövsiyə olunur.
İydə və innabın tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr var. Bu maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. İydə kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyaları üçün faydalıdır. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Bu məhsul diabet xəstələrinə də məsləhət görülür. İnnab böyrək və tənəffüs orqanları xəstəlikləri üçün də faydalıdır. Uşaqların da innabdan istifadə etməsi tövsiyə olunur.
Çərəzlərin qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur. Çünki çərəzlər qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların transyağlara çevrilməsi baş verə bilər.
Çərəzləri alarkən xarici görünüşə və məhsulun satışa qədər düzgün saxlanılıb-saxlanılmamasına diqqət yetirmək lazımdır. Çərəzlərin üzərində kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun olmayan qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanılmamasının və sağlamlıq üçün təhlükəli olmasının göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən etiketinin üzərində yararlılıq müddətinə mütləq nəzər yetirilməlidir.
Çərəzlər istehlak edilməmişdən əvvəl mütləq yuyulmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar