Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağaclarla söhbət -ŞƏKİLLƏR

Tarix: 17-10-2023 14:52     Baxış: 4401 A- / A+
Dünya şöhrətli alim, Akademiyanın müxbir üzvü Xudu Məmmədov deyirdi ki, ağacların, daşların… bütün cansız əşyaların dili var. 
Sadəcə, biz onların dilini bilmirik deyə, onları başa düşmürük. Tətbiqi sənət əsərləri yaradan sənətkarlar, bu əşyalar danışıb onlara can verirlər. Sərgilərə gələn tamaşaçılar, milliyətindən asılı olmayaraq onlarla öz dillərində söhbət edirlər.      
Heykəltaraşlar daşları, gilləri, tuncları canlandırırlar. Dəmir üzərində dəmirçilər, ağac üzərində oymaçılar nələr yaradırlar? "Ağac üzərində oyma" sənətini tədris edən azərbaycanlılardan biri də İstehsalat təlimi ustası Nizami Mustafa oğlu Mustafayevdi. Onun ağaclara vurduğu naxışlara tamaşa edəndə, hər bir əsər səninlə sənin dilində söhbət edir. Sənin nələr düşündüyünü bu əsərlər hiss edir.      
Nizami Mustafayev 16.07.1956-cı ildə Ağdam rayonu Mərili kəndində doğulub. Mərili kənd orta məktəbini 1974 -cü ildə bitirib. Ağdam Kənd Təsərrüfatı texnikumunda aqronomluq, sonra Bakıdakı 84N-li TPM-ndə "Ağac üsərində oyma" sənətini oxuyub. Elə 84N-li TPM-də, o zamankı Texniki Peşə Təhsili komitəsinin təklifi ilə qalıb İstehsalat təlimi ustası işləyir. İşləyə-işləyə Yerli Sənaye texnoloji texnikumunda təhsilini davam etdirir.      
Bu müddətdə yerli və xarici sərgilərdə onun əl işləri nümayiş olunur.İştirak etdiyi hər bir sərgidən medal ilə qayıdır. 1987-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənət ongünlüyündə festifalın laureatı adına layiq görülür.      
Şuşa İncəsənət muzeyində Natəvanın, Q.B.Zakirin ağacdan hazırlanmış büstləri nümayiş olunub. Sonra da muzeyin daimi eksponatına çevrilib. Ağdam Tarix-diyarşunaslıq muzeyində 4 əsəri saxlanılırdı. Hal-hazırda Nizaminin Respublika Xalça muzeyində 2 ədəd nəfis şəkildə nəbati naxışlarla işlənmiş sinisi qorunur.      
Dekarativ Tətbiqi sənəti ilə məşğul olan Nizami Mustafayev həm də poeziya həvəskarıdı.Özü də şeir yazır. Dünyaya gəlişimdi, Sevincim,gülüşümdü. Arzumla görüşümdü, Mənim oyma sənətim. Çox zərifdi,həlimdi, Şeirimdi,qəzəlimdi. Sevgili gözəlimdi, Mənim oyma sənətim…        
Nizami Mustafayev hal-hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində "Ağac üzərində oyma"sənəti üzrə İstehsalat təlimi ustası kimi çalışır.İstedadlı uşaqlara »Ağac üzərində oyma» sənətinin sirlərini öyrədir. Onun əl işlərindən çəkdiyim şəkilləri də sizə təqdim edirəm.

Məmməd Mərzili, 
AJB üzvü
Manevr.az













Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar