Xəbər lenti
Başlıbel faciəsi: erməni vandalizminin izi ilə... - Bakı məktəbliləri məlumatlandırıldı - ŞƏKİLLƏR
“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi sentyabrın 20-də ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirib. Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihənin icra planına uyğun olaraq budəfəki tədbir Bakının Yasamal rayonundakı 286 saylı tam orta məktəbdə təşkil olunub. Tədbirdə adıçəkilən məktəbin müəllimləri, yuxarı sinif şagirdləri ilə yanaşı Başlıbel faciəsinin şahidləri və digər qonaqlar iştirak edib.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə 286 saylı məktəbin direktoru Samir Mehdizadə açıb. O, qonaqları salamlayaraq tədbirin mahiyyəti barədə qısa məlumat verib.
Daha sonra Azərbaycan respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Samir Mehdizadə çıxışına davam edərək miqyasına, şiddətinə və 28 ildən sonra aşkarlanmış kütləvi məzarlığa görə adı BMT-nin hesabatlarına düşən Başlıbel faciəsini Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə törətdiyi çoxsaylı hərbi cinayətlərin ən dəhşətli nümunələrindən biri kimi dəyərləndirib. O, qeyd edib ki, bu cür hadisələrin dərindən araşdırılması, öyrənilməsi və təbliği gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabının redaktoru Süleyman Qaradağlı isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəfis tərtibatda təkrar çap olunan nəşrin necə ərsəyə gəlməsindən danışıb. O, qeyd edib ki, sənədli-povet janrında yazılmış kitabda toplanmış məlumatlar, Başlıbel qətliamının törədildiyi ərazidən və faciə qurbanlarının basdırıldığı kütləvi məzarlıqdan çəkilən fotoşəkillər erməni vandalizminin silinməz izlərini özündə əks etdirən yazılı mənbə kimi çox dəyərlidir.
”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsinin rəhbəri, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov isə işğalçı Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə daha çox mülki əhalini hədəf seçdiyini xatırladıb. Onun sözlərinə görə, iyulun 1-dən başlayan və 3 ay davam edən layihənin əsas məqsədi Ermənistanın müharibə cinayətləri, o cümlədən 30 il əvvəl Başlıbel kəndində törədilən kütləvi qətliam barədə məlumatların məktəblilər arasında öyrənilməsinə, gənclərin vətənpərvər ruhda tərbiyəsinə dəstək verməkdir.
Elxan Salahov bildirib ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 76 sakin işğalçı ordunun mühasirəsində qalıb. Onlardan 14 nəfəri aprelin 2-də qarlı dağ aşırımlarından keçməklə mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin yaxınlığındakı kahalara sığınaraq mühasirə həyatını davam edib: "Təxminən 4 aya qədər davam edən mühasirə dövründə dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb. Sağ qalan 29 nəfər isə rayonun işğalından 113 gün sonra, 1993-cü il iyulun 22-də gizli dağ yolları ilə mühasirədən çıxaraq respublikanın müxtəlif regionlarında məcburi köçkün həyatı yaşayan doğmalarına qovuşa bilmişdi".
Mərhumiyyətlərlə dolu faciənin şahidlərindən biri, keçmiş əsgər Səlim Mehdiyev mühasirə günlərində üzləşdikləri çoxsaylı çətinlikləri, yaşadıqları ağrılı-acılı günləri xatırlayıb.
286 saylı məktəbin tarix müəllimi Malik Məmmədov Ermənistanın müharibə cinayətləri, düşmən vandalizminin qanlı nümunələrindən danışıb. O, erməni vəhşiliyindən bəhs edərkən Zəfər müharibəsindən sonra Edilli, Qaradağlı kəndlərində, Xocalı və Şuşa şəhərlərində, digər ərazilərdə, o cümlədən Başlıbeldə aşkarlanan kütləvi məzarlıqlar barədə məlumat verib.
Çıxışlardan sonra Başlıbeldə 113 gün davam edən mühasirə iştirakçılarının düşmənlə mübarizə şəraitində yaşadıqları çətinliklər barədə suallar cavablandırılıb.
Tədbirin sonunda layihə çərçivəsində təkrar nəşrə hazırlanan və yenicə çapdan çıxmış “Qanlı kaha” kitabı müəllim və şagirdlərə paylanılıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar