Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR - Hər ay 220 manat...

Tarix: 13-09-2023 09:46     Baxış: 3152 A- / A+
Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə pensiya ala bilmirlər. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub.
Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb.
Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə pensiya yaşına çatıb, lakin pensiya almaq üçün tələb olunan stajı və ya digər lazımi tələbələri tamamlaya bilməyən şəxslər üçün hər hansısa bir yardım növü var?
Manevr.az xəbər verir ki, bu barədə hüquqşünas Turan Abdullazadə Referans.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər:
“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunla müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Bu müavinətin məbləği 220 manatdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün hazırda 63 yaş 6 aydır”.
Hüquqşünas bildirib ki, bu yaşa çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər. Onun sözlərinə görə, bəzi şəxslərin isə sosial müavinəti yaş həddi 5 il azaldılmaqla təyin edilir: “Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara və əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara verilir.”
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə, yəni bu kateqoriyadan olan şəxlərin pensiya yaşına çatmasına 5 il qalmış daha öncədən yaşa görə sosial müavinət almaq hüquqları var – deyə Turan Abdullazadə qeyd edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar